“Yeni Sözçü” qəzetinin beş yaşı tamam oldu

“Yeni Sözçü” qəzetinin beş yaşı tamam oldu

 

Beş yaşın mübarək!

 

"Yeni Sözçü” qəzetinin beş yaşını aktiv fəaliyyətdə qarşılaması, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun KİV-ə maliyyə yardımı müsabiqəsinin şərtlərində dəyişiklik etməsindən sonra çox sayda qəzetin öz fəaliyyətini dayandırdığı bir vaxta təsadüf  etdiyi üçün xüsusi önəm kəsb edir.

"Yeni Sözçü” beş il ərzində qəzetin kollektivinin fədakarlığı, prinsipiallığı və əlbəttə ki, sadiq oxucularımızın dəstəyi nəticəsində çox sərt rəqabət şəraitində mövcudluğnu qorumaqla yanaşı, ölkənin media mühitinin əvəzedilməz nəşrinə çevrilə bildi. Hər kəsə bəllidir ki, "Yeni Sözçü” qəzeti indiyədək Fonddan heç bir maliyyə yardımı almayıb və ancaq özünün imkanları sayəsində fəaliyyətini davamlı olaraq təmin edib. Baxmayaraq ki, qəzetimiz Fonddan maliyyə yardımı alan digər mətbu orqanlarının əksəriyyətindən daha çox bu yardımı haqq edirdi, ancaq bir dəfə də olsun Fondun rəhbərliyi bu haqqı ona rəva bilmədi. KİV-ə maliyyə yardımı müsabiqəsinin şərtlərində dəyişiklik olunandan sonra çox sayda qəzetin öz fəaliyyətini dayandırmasının da əsas məsuliyyəti Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyinin, Müşahidə Şurasının və icraçı direktor Vüqar Səfərlinin üzərinə düşür. Ancaq çoxlu sayda qəzetin bir gün içərisində bağlanmasının məsuliyyətinin kimin və ya kimlərin üzərinə düşməsindən asılı olmayaraq, bu hadisə gələcək tarixçilər tərəfindən Azərbaycan mətbuatı tarixinin qara səhifələrindən biri kimi xatırlanacaq. Çünki, bu gün malik olduğumuz müstəqil dövlət də daxil olmaqla,indiyədək əldə etdiyimiz bütün nailiyyətlər böyük Həsən bəy Zərdabinin "Əkinçi” qəzetindən  başlayaraq, beş yaşı tamam olan "Yeni Sözçü” qəzetinəkimi davam edən milli mətbuatımızın yaydığı ziyanın, aydınlığın nəticəsidir. Əgər böyük Məhəmməd Əmin Rəsulzadənin "Açıq Söz” qəzeti olmasaydı, yəqin ki, müsəlman aləmində ilk xalq cümhurriyətini, Azərbaycan Xalq Cümuhiyyətini qurmaq da bizə nəsib olmazdı. Hətta əminəm ki, "Açıq Söz” qəzeti və onun ardıcılları olan milli mətbuatımız olmasaydı, həmin dövrdə başqa bir üsul-idarəli dövlət yarana bilərdi. 

Ötən yüzilliyin başlanğıcında, Rusiya imperiyasının dağılmasından sonra millətimizin məruz qaldığı qətliamların və müstəqil dövlətin quruculuğu ərəfəsində tarixi torpaqlarımızın bir hissəsinin itirilməsinin də, həmçinin Sovet İttifaqı dağılanda torpaqlarımızın 20 faizinin işğal olunmasının da qarşısını ala bilməməyəimizin əsas səbəblərindən biri məhz milli mətbuatımızın öz missiyasını tam həyata keçirə bilməməsidir. Ona görə də, KİV-ə maliyyə yardımı müsabiqəsinin şərtlərində dəyişiklik edilməsindən sonra çox sayda qəzetin öz fəaliyyətini dayandırması millətimizi gözləyə biləcək hansısa uğursuzluqlarınanonsu kimi də qiymətləndirilə bilər. Bir qəzetin bağlanması sadəcə həmin qəzetin kollektivinin iş yerini itirməsi demək deyil, cəmiyyətdəki ziya ocaqlarından birinin sönməsi deməkdir. Çoxsaylı qəzetlərin bağlanması isə, cəhalətin geniş meydan qazanması deməkdir.

Buna görə də, "Yeni Sözçü” qəzetinin nəşrə başlamasının beş illiyi münasibəti ilə bütün kollektivi təbrik edir, bu illər ərzində qəzetin bağlanmasına imkan vermədikləri üçün bütün heyəti ürəkdən alqışlayıram!

Yolumuz açıq olsun!

 

Beş yaşı tamam olan qəzetin 45 il sonra 50 yaşını qeyd etməsi arzusu ilə,

Arzuman Loğmanoğlu

                                                     

 




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}