“Gülən olayı” Azərbaycanı silkələdi

 

“Gülən olayı” Azərbaycanı silkələdi

 


 

İqtidar həbslərə start verdi, müxalifət sərt məlumatlar açıqladı

Türkiyədəki uğursuz hərbi çevrilişdən sonra rəsmi Ankaranın əsas hədəfi ABŞ-da yaşayan Fətullah Gülən və "Hizmət” hərəkatı oldu. Rəsmi Ankara təkidlə ABŞ-dan Gülənin Türkiyəyə təhvil verilməsini tələb edir, rəsmi Vaşinqton isə bunun ədliyyə məsələsi olduğunu əsas gətirərək, Ankaranın tələbini qəbul etməkdən imtina edir. Rəsmi Ankara isə Türkiyənin özündə Gülən tərəfdarlarına qarşı sərt həbslərə start verib. Proses o qədər dərinləşib ki, hətta artıq Azərbaycana da sıçrayıb. Azərbaycan rəsmiləri Ankaranın terrorçu elan etdiyi FETÖ –ya (Fetullahçı Terror Örgütü) bağlı insanların üzə çıxarılmasında tərəddüd etməyəcəyi haqqında açıqlamaları ard-arda verirlər. Hüquq-mühafizə orqanları da ləngimədən artıq hərəkətə keçiblər və müəyyən həbslər aparıblar. Doğrudur, hələlik bu həbslər ancaq müxalifət düşərgəsinə aid insanları əhatə edir. Ancaq həbslərin dərinləşib biznes dairələrinə sıçrayacağına da şübhə yoxdur. Hələlik isə proseslər əsasən siyasi müstəvini əhatə edir. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi, "Azadlıq” qəzetinin yayım işləri üzrə direktoru Faiq Əmirli barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu barədə dünən Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənova prokurorluğun təqdimatı əsasında qərar çıxarıb. Faiq Əmirliyə qarşı Cinayət Məcəlləsinin 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsilə yanaşı, həm də 168-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddəsilə ittiham irəli sürülüb. Faiq Əmirliyə qarşı ittihama əsas verəcək səbəb kimi avtomobilindən Fəttulah Gülənə aid kitabların tapılması qeyd olunur. Bu arada Faiq Əmirlinin mənsub olduğu partiya və qəzet ittihamının  arqumentlərini darmadağın edən məlumatlar yayıblar. Belə ki, Faiq Əmirliyə qarşı ittiham irəli sürülməsinə əsas verən kitabın Azərbaycanda dərc olunduğu, onun tərcüməsinin və kitaba yazılan ön sözün müəllifləri iqtidara bağlı şəxslər çıxıblar.

Fətullah Gülən Azərbaycan hakimiyyətini hədələdi: "Süpürüb Xəzərə ataram”

Bir vaxtlar Fətullah  Gülənin "Hizmet” hərəkatında yüksək mövqe tutan, hərəkatın Qafqaz üzrə keçmiş koordinatoru və Gürcüstandakı Gülən məktəbələrinin idarəçisi Hayati Küçük "Sabah” qəzetinə sensasion müsahibə verib. Faiq Əmirliyə qarşı ittiham irəli sürülməsinə əsas verən kitabın redaktoru YAP-ın rəhbərlərindən biri olmuşdur. «Mədəniyyətlər dialoqu : Gülənin İslam təlimi və humanizm anlayışı” adlı kitab isə Azərbaycanda açıq satışdadır. Ancaq bu da son deyil. Müxalifətin üzə çıxardığı məlumatlarda 525-ci qəzetin baş redaktoru Rəşad Məcidin, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın Fətullah Gülən və ümumiyyətlə "nurçular” haqqında xoş ifadələr işlətdiyi məlum olub.  Əgər Axundov adına kitabxananın Fondunda Fətullah Gülənin xalqa açıq olan digər kitabları varsa, adamın avtomobilinin yük yerindən tapılan kitaba görə ittiham etmək, üstəlik həmin kitabı ekspertizaya göndərmək hansı məntiqə uyğundur? Ümumiyyətlə bu gün dünyanın normal ölkələrində insanları hansısa kitab oxuduğuna görə həbs etmək ənənəsinə son qoyulub. Bu yaxınlarda Rusiyanin ən yaxşı ali məktəblərindən sayılan, Seçinov adına Tibb Universitetinin 5-ci kurs tələbəsi özünün facebook səhifəsində  fəaliyyəti Rusiyada qadağan edilmiş və terrorçu təşkilat kimi tanınmış İŞİD-in bayrağını yerləşdirmişdi. Məhkəmə əslən Dağıstandan olan bu qızı cərimə etməklə yekunlaşdı. Əlbəttə, hər hansısa fəaliyyəti qanunla qadağa edilən təşkilata bağlı, onun siyasətinin həyata keçməsində fəal rol oynayan adamları həbs etmək olar. Azərbaycanda Gülən tərəfdarları isə həqiqətən var. Məsələn,  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri Elnur Aslanov bir zamanlar Prezident Adminstarsiyasında işləyib və təsir imkanı olan şəxslərdən hesab olunur. Onun hansısa strukturlara gülən tərəfdarlarını yerləşdirməsi də mümkündür. Bundan başqa Azərbaycanda iri bizneslə məşğul olmaq hazırkı şərtlər altında hər kəsə müyyəsər olan məsələ deyil. Deməli, Gülən tərəfdarlarının Azərbaycanda geniş biznes qurmasında maraqlı məmurlar olub. Həmin məmurlar Gülənin büdcəsinə külli miqdarda pul keçirən şirkətlər qurulmasına yardım ediblər. Bununla bağlı Azərbaycan cəmiyyətində müəyyən məlumatlar dolaşır. "Yeni Sözçü” qəzeti olaraq həmin məlumatları araşdırmağa çalışırıq. Hələlik isə qeyd edək ki, Gülənçilərin Azərbaycan biznesində əsasən iaşə xidmətləri, eləcə də tikinti materiallarının biznesi ilə məşğul olması haqqında iddialar var. Bu sahələr isə həmişə gəlirli sahələr olub. Məlumata görə, Gülənçilərin Azərbaycanda müasir texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətləri mövcuddur.

Bütövlükdə isə hüquq-mühafizə orqanları Azərbaycanın təhlükəsizliyi üçün hər hansısa təhdid təşkil edən qurumların fəaliyyətinin qarşısını almaq üçün onların hansısa ölkədə cinayətlər etməsini gözləməli deyil. Gülənçilər haqqında məlumat çoxdan gündəmdədir. Necə ki, Gülənçilərdən daha təhlükəli dini-siyasi cərəyanlar haqqında məlumatlar yayılır və hüquq-mühafizə orqanlarının onlara yönəlik fəaliyyəti heç də qənaət bəxş deyil. Ancaq necə deyərlər ziyanın yarısından qayıtmaq faydadır. Buna görə, uzun illər dini-siyasi cərəyanlara münasibətdə qeyri-adekvat mövqe tutan hüquq-mühafizə orqanları bundan sonra qəti addımlar atmalıdırlar.

A.Nəbiyev,

"Yeni Sözçü"qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}