Azərbaycanda təhsil haqqları niyə artırılır ?

 


 

 

Ali təhsil müəssisələrində təhsili yarımçıq qoyub tərk edən tələbələrin sayı ildə-ilə çoxalır

 

Bəs, ödənişli ali təhsil alan aztəminatli ailələrin övladlarının aqibəti necə olacaq?   

    

 Artq tələbə adını qazanan abituriyentlərin üniveristetlərə qeydiyyatı başa çatıb.                        

Bu il imtahanlarda iştirak edən 38118  abituriyentdən 34775  nəfəri tələbə olub və müxtəlif  ali təhsil ocaqlarına qəbul olunublar. Rəsmi məlumatlara görə, bu gənclərdən 12 309 dövlət sifarişi əsasında, 21 915 abutiriyent ödənişli  ixtisaslar üzrə ali təhsil müəssisələrinə qəbul olunublar.

Yekun nəticələrdən göründüyü kimi, bu il qəbul olan tələbələr arasında ödənişli ixtisaslarda təhsil almaq hüququnu qazanan tələbələr daha çoxluq təşkil edir. Təhsil və iqtisadçı ekspertlərin apardıqları araşdırmalardan sonra gəldikləri qənaətə görə yaxın zamanlarda ölkəmizin ali təhsil müəssisələrində ixtisasların əksəriyyəti ödənişli olacağı gözlənilir. Ekspertlərin fikrincə belə olan halda ali təhsil ocaqlarında, ödənişli ixtisaslarda təhsil alan tələbələrin sayının azalması ehtimaları daha  çoxdur. Şübhəsiz ki, ilk növbədə ali təhsil müəssisələrindən kənarda qalanlar aztəminatlı ailələrdən olan gənclər olacaq. Digər tərəfdən onların mütamadi təhsil almalarında problemlər daha da artacaq. İqtisadçı- ekspert Samir Əliyev hesab edir ki, ilk növbədə aztəminatlı ailələrin sosial problemlərinin həlli üçün   dövlət tərəfindən onlara, göstərilən maddi- sosial yardımların həcmi artırılmalı və ailə üzvü olan tələbənin illik təhsil haqqının ödənilməsində güzəştlər olunmalıdır.O, bildirdi ki, ödənişli ixtisaslarda təhsil alan tələbələr dövlət hesabına pul köçürən zaman problemlərlə üzləşməmələrindən,və yaxud ali təhsildən kənarda qalmamalarından ötrü dövlət qurumları tələbənin ailə büdcəsini, sosial vəziyyətini və maddiyatını da nəzərə alması vacibdir. İlk növbədə  ali məktəblərin ödənişli ixtisaslarında qiyabi təhsil alan tələbələr mütləq müxtəlif sahələrdə və yaxud  öz ixtisasları üzrə işlə təmin olunmalıdırlar.

      Məlum olduğu kimi təhsil haqqları hesabına təhsil sistemi üzrə dövlət büdcəsinin hesabına əlavə olaraq ümumiyyətlə 300 milyon  vəsaitin köçürülməsi nəzərdə tutulur. Bu il isə həmin hesaba 5  milyon manat çox vəsait köçürülməsi nəzərdə tutulub. Əlbəttə ki, ali təhsil sistemində plan yerləri üzrə dövlət sifarişinin azalması və ödənişli əsaslarla təhsil xidmətinin artımı tələbənin olduğu ailələrdə əlavə maliyyə öhdəliyi yaradır. Ekspertin fikrincə yeni qəbul olunan tələbələrin 1-ci təhsil ili üçün ödəniş haqqının tam ödənilməsi təhsil kreditlərinin mövcud olmadığı indiki zamanda bu problemin həlli tamamilə ailə büdcəsi hesabına qalır və demək olar ki, tələbələrin valideynləri müxtəlif çıxış yollarını axtarırlar. İllik ödəniş etmək üçün ya bankların birindən faizlə kredit alır, ya da ki, yaşadıqları mənzili kirayə verib özləri isə ali təhsil müddəti başa çatana kimi  yaxın qohumlarının evlərində  yaşamaq məcburiyyətində qalırlar. Samir Əliyev söhbət zamanı həm də qeyd etdi ki, təhsil haqqının 25 faiz artırılması  ödənişlə təhsil alan ailələrin dolanışıq vəziyyətini daha da çətinləşdirəcək. Onun sözlərinə görə problemlər bununla bitmir. Çünkü bölgələrdən gələn tələbələr əksər ali təhsil müəssisələrin tələbə yataqxanalarında qaçqın və köçkün ailələri yaşadıqlarından əlavə vəsait ödəyib kirayədə yaşamaları olurlar. Tələbə hər ay ən azı 100  və yaxud 200 manat kirayə haqqı ödəyir və bu xərclər isə ailə büdcəsinə təsir edir.

    İqtisadçı-ekspertin fikrincə bu çətin durumdan çıxış yolları olmamış deyil. Belə ki, bu  maddi problemlərin aradan  qaldırmaq üçün tələbələri təhsil vauçerləri ilə ən başlıcası isə qiyabi təhsil alan tələbələr işlə təmin olunmalıdırlar. Əgər tələbə hardasa səmərəli əməklə məşğul olarsa,həm tələbə iş vərdişlərinə yiyələnər,həm də, ailə büdcəsinə artım edər. O, qeyd etdi ki, əgər ödənişli ixtisaslarda təhsil alan və aztəminatlı ailələrdən olan tələbələrə dövlət tərəfindən qayğı göstərilməzsə ali təhsil müəssisələrində təhsili yarımçıq qoyub tərk edən tələbələrin sayı idən-ilə artacaq. Belə ki, ödəniş edə bilmədiklərinə görə, keçən dərs ilində ali təhsili yarımçıq tərk edən tələbələrin sayı 5000 -ə yaxın olub. Məlum olduğu kimi, Təhsil Nazirliyində fəaliyyət göstərə " Tələbə” fondu tələbələrə illik ödəniş etmək üçün kreditlər verir. Artıq həmin fonddan bir qrup tələbə kredit alıb. Amma kredit üçün müraciət edən tələbələrin bir çoxu müəyyən şərtlərə və müxtəlif səbəblərə görə kreditlər almaqdan imtina ediblər.     

    Dövlətdən yardım ala bilməyən İmişli rayon sakini Natiq Hacızadədir.Onun sözlərinə görə, üç övladı ali məktəblərin ödənişli ixtisaslarında təhsil alır.Hər il  6 min manatdan çox pulu  çətinliklə olsa da dövlətə ödəyir. Rayonda kənd təsərrüfatı işləri ilə məşğul olduğunu bildirən N. Hacızadə deyir ki,müvafiq təşkilatlara dəfələrlə müraciət etməsinə baxmayaraq indiyə kimi o dövlətdən sosial yardım və kreditlər ala bilməyib. Tələbələrin atası övladlarının Bakı şəhərində kirayədə yaşadıqlarını və ailəsinin çox çətinliklərlə üzləşdiyini söylədi.         

      Bakı şəhər sakini Şəlalə Abdullayevə isə deyir ki, qızı Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin ödənişli ixtisasında qiyabi təhsil alır. İllik ödənişi 20100  manatdır.Qızının ikinci kurs tələbəsi olduğunu deyən Ş.Hüseynova bildirdi ki, tələbə qız üçün iş tapmaqdan ötrü onlarla dövlət  və müstəqil təşkilatlara müraciət edib.Ancaq iş tapa bilməyib.Onun sözlərinə görə özü və tələbə qızı  bir ilə yaxındır ki, Yasamal Rayon Məşğulluq Mərkəzində qeydiyyatdadırlar və mərkəz onları indiyə qədər müvafiq işlə təmin etməyib. Dövlətdən sosial yardım ala bilmədiyini söyləyən paytaxt sakini ölkə başçısından

ödəniş haqqlarının azaldılmasını və aztəminatlı ailələrə  yardım etməsini xahiş edir.    

             Ölkəmizin müxtəlif  ali  təhsil müəssisələrində təhsil haqqları necədir?

 

    Qeyd edək ki, Azərbaycanda ən yüksək təhsil haqqı Azərbaycan Diplomatik Akademiyasında bakalavr təhsilsində sistem mühəndisliyi ixtisasındadır. Bu ixtisasın ödənişi 6500  manatdır. Digər ixtisaslar üzrə isə təhsil haqqı 6000 manatdır. Azərbaycan Dillər Universitetində fakultələr üzrə illik təhsil haqqı isə,1000 - 2500 manat arasında dəyişilir. Azərbaycan Dövlət  İqtisad Universitetində də illik təhsil haqqı yüksəkdir. Bu təhsil müəssisəsində isə ödənişli ixtisaslarda təhsil alan tələbələr  2100 – 3000 manat vəsait ödəməli olurlar. Apardığımız təhlillərdən məlum oldu ki, Azərbaycanda ən yüksək təhsil haqqı olan fakultələr regionşünaslıq, beynəlxalq münasibətlər, maliyyə-uçotu, ingilis dilinin tərcüməçiliyi, tədrisi və filologiyasıdır. Bu ixtisaslarda illik ödəniş əyani təhsil haqqı 1800  və qiyabi təhsil haqqı isə 2500  manatdır. Azərbaycan Dövlət Dillər Universitetində ən aşağı təhsil haqqini alman və fransız dilləri öyrənən tələbələr ödəyirlər. Belə ki, bu ixtsaslarda illik təhsil haqqı 1000 manatdır. Gəlin, Azərbaycan Dövlət Texniki Universitetinə nəzər salaq. Bu təhsil ocağında əyani və qiyabi şöbələrdə 9500 nəfərdən çox tələbə təhsil alır. Universitetdə ödənişli ixtisaslarda təhsil alan tələbələr isə hər il 1500 - 1600  manat pul vəsaitini dövlət büdcəsinə ödəyirlər.Digər ali təhsil ocaqlarından fərqli olar Qafqaz Universitetinə birinci  seçim edənlərə 10 faizli güzəşt edirlər.Yəni, bu universitetdə bir qayda olaraq tələbəninin qəbul olunan zaman topladığı bal yüksəldikcə güzəşt faizi də artır. Məsələn , tələbnin balı  400 –dən yüksək olduqda 15 faiz, 500-59 bal arası olduqda, 25  faiz,  600-674  bal arası olduqda  50  və 675 baldan yuxarı topladıqda isə həmin tələbə ödəniş edəndə 100 faiz güzəşt olunur. Qafqaz Universitetində ən bahalı ixtisaslar maliyyə, biznesin idarə edilməsi, dünya iqtisadiyyatı fakultələridir. Bu ixtisasların ödənişi isə, 5850  manatdır. Burada ən ucuz fakultə isə ibtidai sinif müəllimliyidir. Bu ixtisasda oxuyan tələbənin illik ödənişi 3500  manatdır.

      Məlumat üçün bildiririk ki, Dövlət İdarəçilik Akademiyasında isə ödənişli ixtisasların qiyməti 2000- 2500 manatdır. Eyni zamanda digər ali təhsil müəssisələrinə nəzər yetirək. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ödənişli ixtisaslarında təhsil alan tələbələrin ildə dövlət hesabına 1600 – 1800 manat pul köçürmək məcburiyyətindədirlər. Xəzər Universitetinə gəldikdə isə burada da qiymətlər ixtisasdan asılı olaraq 2500 və 4000 arasında dəyişir.

Respublikamızın qocaman  ali təhsil ocaqlarından olan Azərbaycan Dövlət Tibb Universitetində ən ucuz təhsil haqqı olan fakultə, əczaçılıqdır. Bu fakultənin illik ödəniş haqqı 2000, müalicə və stamatologiya fakultələrində isə ödəniş 3000 manat civarındadır. Nəhayət, son illərdə fəaliyyətə başlamış Azərbaycan Turizm və Menecment  Universitetində də  illik ödəniş haqqları yüksəkdr. Bu təhsil müəssisəsində demək olar ki, bütün ixtisaslar ödənişlidir. Universitetdə oxuyan tələbələr isə hər il ya 2500, ya da ki, 3000 manat pul ödəməli olurlar.

     Əgər növbəti illərdə ali təhsil müəssisələrində ödənişli ixtisaslarda təhsil haqqları yenə də artırlsa tələbələrin sayı xeyli azalacaq və təhsil sistemində isə böhran yaranacaq. Yarana biləcək bu problemlərin qarşısını almaqdan ötrü isə, ilk növbədə Təhsil Nazirliyi və aidiyyatı dövlət qurumları tərəfindən daha səmərəli işlər görülməlidir.

 

Elman Maliyev,

"Yeni Sözçü" qəzeti

     



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}