Gürcüstandan müvəqqəti gətirilən avtomobillərin ölkəyə girişinə qadağanı kim(lər) qoyub?

Gürcüstandan müvəqqəti gətirilən avtomobillərin ölkəyə girişinə qadağanı kim(lər) qoyub?

 

Gömrük Komitəsi qanunu pozur

 

 

Dövlət Gömrük Komitəsi xarici dövlətlərdə qeydiyyatı olan avtomobillərin müvəqqəti olaraq ölkəyə gətirilməsi zamanı yaranan problemlərlə bağlı açıqlama yayıb. Açıqlamada xarici dövlətlərdə daimi qeydiyyatda olan xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının (XİFMN) 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin müvəqqəti olaraq gətirilməsi zamanı nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə gömrük orqanları tərəfindən həyata keçirilən tədbirlərlə bağlı sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində yanlış şərhlər irəli sürülməkdə ittiham olunur.

Eyni zamanda açıqlamada müvəqqəti gətirilən avtonəqliyyat vasitələrinin əksəriyyətinin istehsal buraxılış tarixi 15-20 ili ötüb, texniki göstəricilərə görə qənaətbəxş deyil və bu qəbildən olan avtonəqliyyat vasitələri ölkənin ekoloji durumunun korlanması ilə yanaşı, həmçinin yol qəzalarının artmasında da potensial təhlükə yaratdığı vurğulanır. Bu zaman isə hansı statistikaya istinad olunması açıqlamada yer almayıb. Bu açıqlamanı  bəyan edən  dövlət qurumu bu məlumatı hökmən əsaslandırmalıdır.

Ən əsası Dövlət Gömürk Komitəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 nömrəli qərarının tələblərini pozub. Qeyd edək ki, Nazirlər Kabinetinin 305 nömrəli qərarı deyərkən qeyd etməliyik ki, söhbət "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” adlı Nazirlər Kabinetinin qərarından gedir. Adından da göründüyü kimi söhbət fiziki şəxslərin kommersiya və ya istehsal məqsədilə gətirilməyən malların gömrük sərhəddindən sərbəst keçirilməsindən gedir. Həmin 305 nömrəli qərarın 1.3.9. maddəsi "avtonəqliyyat vasitəsi - dövlət qeydiyyatına alınmış və ya alınmalı olan, xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının (bundan sonra - XİFMN) 8701-8704, 8711 və ya 8716 mal mövqelərinə aid nəqliyyat vasitələrdən” redktəsi ilə verilib. Bu qərar mahiyyətcə Azərbaycan vətəndaşlarına aiddir. Xarici ölkə vətəndaşlarının özlərinə məxsus avtinəqliyyat vasitələrini Azərbaycan ərazisinə gətirməsinə aiddiyatı yoxdur. Buna görə də Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdə qeydiyyatı olan avtomobillərin müvəqqəti olaraq ölkəyə gətirilməsinə qadağa qoymasını qanun pozuntusu kimi qiymətləndirmək olar.

"Yeni Sözçü” qəzetinin redaksiyasına daxil olan məlumata görə, Dövlət Gömrük Komitəsinin bu qanunsuz addımının arxasında avtonəqliyyat biznesi ilə məşğul olan oliqarxların maraqlarının təmin edilməsi dayanır. Çünki, yüksək gömrük rusumları səbəbindən ölkəyə idxal edilən maşınların qiyməti kəskin bahalaşır. Bu isə sosial-iqtisadi problemlərin artdığı indiki şəraitdə vətəndaşlara maşın sahibi olmasına imkan vermir. Bu zaman bəzi vətəndaşlarımız xarici ölkələrdəki, o cümlədən Gürcüstanada yaşayan yaxın qohumlarının adlarına alınmış avtomobillərdən istifadə edə bilərlər. Dövlət Gömrük Komitəsi avtomobil biznesindən milyonlar qazanan oliqarxların maraqlarını təmin etməyə çalışmamalı, sosial-iqtisadi problemlər məngənəsində boğulan vətəndaşların mənfelərini qorumalıdır. Əks halda bu ölkədə sosila narazılığı daha da artıracaq.

Arzuman LOĞMANOĞLU



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}