Ağstafa rayon Mərkəzi Xəstəxanasında müdhiş maliyyə əməliyyatları

 


 

Baş həkim İlham Mustafayev büdcə pullarını necə xərcləyir?

Ağstafa rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Mustafayevlə bağlı mediada çoxsaylı tənqidi məqalələr dərc olunub. Ancaq insaf naminə qeyd etməliyik ki, həmin məqalələr əsasən ümumi sözlərdən ibarətdir. Redaksiyamıza daxil olan bir məlumat isə Ağstafa rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Mustafayevin ümumi sözlərlə tənqid olunması "ənənə”sinə son qoymağa imkan verir. Məsələ ondan ibarətdir ki, redaksiyamıza daxil olan məlumatda 2015-ci il ərzində Ağstafa rayon Mərkəzi Xəstəxanasının büdcə vəsaitləri hesabına bəzi hüquqi və fizki şəxslərlə apardığı maliyyə əməliyyatlarından söhbət açılır. Məlumatı verən mənbə diqqəti xüsusilə iki şirkətlə aparılan əməliyyata yönəldilməsini israr edir. Söhbət, Qazax rayon Kəmərli kəndində qeydiyyatda olan Alıcanov Qədim Əhməd oğluna məxsus olan"ATM-Xidmət” Məhdud Məsuliyyətli Cəmiyyətindən və "FAA-Q” Məhdud Məsuliyyətli Cəmiyyətindən gedir. Mənbə bildirir ki, Qədim Alıcanovun özünün rəhbərlik etdiyi "ATM-Xidmət”MMC-i ilə Ağstafa rayon Mərkəzi Xəstəxanası arasında təxminən 77 min manatlıq maliyyə əməliyyatı aparılıb. Guya ki, bu maliyyə əməliyyatı xəstəxanaya inventarların alınması ilə bağlı olub. İlham Mustafayevin rəhbərlik etdiyi Ağsafa rayon Mərkəzi Xəstəxanası 76 min manat büdcə vəsaitini isə Qədim Alıcanovun ailə üzvü olduğu iddia edilən Gülbəsər Alıcanovanın rəhbərlik etdiyi"FAA-Q” MMC-nin hesabına köçürüb. Bu maliyyə əməliyyatının təyinatı isə avadanlıqların alınması ilə bağlı olub. Mənbə bildirir ki, 2015-ci ilin aprelin sonlarında, daha dəqiqi isə 22 aprel 2015-ci ildə eyni gündə eyni şəxs tərəfindən qeydiyyatdan keçirilən iki şirkətin belə əməliyyatlar aparmaq üçün maddi-texniki bazaya məxsus olmadığı yəqin ki, hər kəsə məlumdur. Mənbə sual edir ki, Qazax rayonununKəmərli kəndində yaradılan iki şirkət xəstəxanaya hansı inventar və avadanlıqları sata bilər?

Mənbənin təqdim etdiyi məlumatda Nəsibova Səadət İkram qızı və Cəfərov Tusi Mustafa oğlu ilə aparılan maliyyə əməliyyatları ilə yanaşı bir neçə şirkətlə apardığı maliyyə əməliyyatı haqqında bilgilər də yer alıb. Guya ki, Nəsibova Səadət Ağstafa rayon Mərkəzi Xəstəxanasına 40 min manatlıq dəftərxana ləvazimatları, 35 min manatlıq isə yumşaq inventar satıb. Hər halda maliyyə əməliyyatlarının təyinatı belə göstərilib. Tusi Cəfərov isə Ağstafa rayon Mərkəzi Xəstəxanasına guya 54 min manatlıq ərzaq satıb. Mənbə bildirir ki, bu əməliyyatların arasında ən şübhəlisi Ağstafa rayon Mərkəzi Xəstəxanası ilə Qəbələ rayon, Soltannuxa kəndində qeydiyyatda olan "Səma MM” MMC-i arasında həyata keçirilən 80 min manatlıq maliyyə əməliyyatıdır. Guya ki, Qəbələ rayonunun, Soltannuxa kəndində yerləşən bu şirkət Ağstafa rayon Mərkəzi Xəstəxanasında əsaslı təmir işləri həyata keçirib. Mənbə bildirir ki, Ağstafa Rayon Mərkəzi Xəstəxanası ilə Qazax, Ağgöynək kəndində yerləşən, Tusi Cəfərovun baçısı Rəna Cəfərovanın rəhbərlik etdiyi "Müstəqil Xidmət” MMC-i və Qazax rayon, Qazaxbəyli kəndində yerləşən, Nəsrəddin Məmmədovun direktor olduğu "Tamerlan R” MMC ilə aparılan maliyyə əməliyyatları şübhəli maliyyə əməliyyatları hesab oluna bilər. Çünki, "Tamerlan R”MMC-nin Ağstafa rayon Mərkəzi Xəstəxanasına hansı maşın və avadanlıqların satdığı məlum olmadığı kimi, "Müstəqil Xidmət”MMC-nin də hansı xidməti göstərdiyi məlum deyil. Mövzu ilə bağlı aidiyyatı qurumların da mövqeyini öyrənməyə çalışacağıq.

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}