Vergidən yayınan sahibkarlara xəbərdarlıq edildi

 

Fərdi sahibkarlar tərəfindən nağdlaşdırma məqsədilə pul vəsaitlərinin kart hesabına köçürülməsi vergidən yayınma məqsədi daşıyır, buna görə bu cür addım qanundan sui-istifadə hesab olunur.

Bu sözləri Vergi məcəlləsində dəyişikliklərə həsr olunmuş forumda Vergilər Nazirliyinin vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva deyib.

Onun sözlərinə görə, artıq bu məsələnin texniki tərəflərinin həll olunması üçün Azərbaycan Banklar Assosiasiyası ilə danışıqlar aparılıb, hazırda bu cür hallarda vergitutmanın mexanizmi dəqiqləşdirilir.

S.Musayeva qeyd edib ki, yeni qaydalara əsasən vergi ödəyicisinin kateqoriyasından asılı olmayaraq ödəmə mənbəyindən sadələşdirilmiş formada bir faiz həcmində vergi tutulacaq. ("Trend”)



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}