Amerikada onlarla qafqazlı avtoritet həbs edildi - Lənkəranskiyə yaxın "VOR ZAKON"lar

 ABŞ-ın Nyu-York şəhərində MDB-dən olan 33 kriminal avtoritet saxlanılıb.

Sozcu.info  xəbər verir ki, saxlanılanlar soyğunçuluq, dələduzluq, narkotik və odlu silahla bağlı cinayətlərdə, cibgirlikdə, saxta sənəd hazırlamaqda, kazinolara və iaşə obyektlərinə haqq qoymaqda, yüksək vəzifəli polis zabitlərini ələ almaqda, rüşvət verməkdə, o cümlədən sifarişli qətllər törətməkdə ittiham olunurlar.
Mütəşəkkil cinayətkar dəstəyə 40 yaşlı qanuni oğru Radjen Şulaya başçılıq edib. Onlar təkcə Nyu-Yorkda yox, Nyu-Cersi, Pensilvaniya, Florida və Nevada da daxil olmaqla, bir sıra ştatlarda fəaliyyət göstəriblər. Saxlanılanların əksəriyyəti gürcü əsilli qanuni oğrulardır. Maralıdır ki, saxlanılanlar arasında Azər Aslanov adlı azərbaycanlının da adı keçir.
Onu da qeyd edək ki, dəstə başçısı Rajden Şulaya qanuni oğru adını 2013-cü ildə Kiprdə keçirilən "sxodka”da alıb. Onun taclandırılmasını isə Rövşən Lənkəranskinin yaxın dostu Merab Djanqveladze ("Merab Suxumski”) təşkil edib. Həmin "sxodka”da Lənkəranskiyə yaxınlığı seçilən Temuri Nemsiveridze ("Sripa”), Roin Uqlava ("Matveyiç”), Timur Çuradze iştirak edib.(Lent.az)



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}