Cinayətkar kimdir, Akif Çovdarov yoxsa Tağı Əhmədov?

Cinayətkar kimdir, Akif Çovdarov yoxsa Tağı Əhmədov?

 

Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirləndirilən Milli Təhlükəsizlik Nazirliyinin Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general Akif Çovdarov mühakimə olunduğu məhkəmənin 12 iyul 2017-ci il tarixli iclasında "Bakı Metropoliteni” QSC-nin keçmiş rəhbəri, onun işi üzrə zərərçəkmişlərdən biri olan Tağı Əhmədov haqda dəhşətli faktlar açıqlayıb.

Akif Çovdarovun Tağı Əhmədov haqqında açıqladığı məlumatlar cəmiyyətdə geniş rezonas doğurub. Bu da təbiidir. Çünki, Cinayət Məcəlləsinin çoxsaylı maddələri ilə ittiham olunan Akif Çovdarovun Tağı Əhmədov haqqında açıqladığı məlumatlar sabiq MTN generalını müttəhimlər kürsüsünə gətirib çıxarmış əməllərindən daha dəhştlidir.

Akif Çovdarovun açıqladığı məlumata görə, MTN-nin apardığı araşdırma zamanı məlum olub ki, Metro stansiyalarının çıxışında ümumilikdə 1200 obyekt olub və onlardan ayda 200 dollardan 3 min dollara qədər icarə haqqı alınıb. Tağı Əhmədov ifadəsində bildirir ki, dövlətə icarədən gələn pulları ödəyib – illik 120 min. Belə çıxır ki, 1200 obyektin hərəsini aylıq 8 manat 50 qəpik olub. Adamlardan alınan təkcə üç aylıq icarə haqqı 5 milyon dollardan çox olub.

Akif Çovdarov bildirib ki, metro ilə bağlı araşdırma aparılıb və üzə çıxıb ki, metro stansiyalarında aparatlar elə qurulub ki, hər dörd jetondan biri qeydiyyatdan keçməyib. Bunun nəticəsində Tağı Əhmədov ayda 300 min pulu öz cibinə qoyub. Aparılan araşdırma zamanı o da məlum olub ki, Moskvadan işlənmiş vaqonları alıb, "kraskalayıb”, təzə vaqon adı ilə rəsmiləşdirib və bununla da dövlətin 11 milyondan çox pulunu cibinə qoyub.Tağı Əhmədovun əmlakları ilə bağlı araşdırma zamanı üzə çıxanlardan Akif Çovdarov bəziləri haqqında belə deyib. "İndi hələ yadımda qalanları deyəcəm: metronun "Sahil” stansiyasının üstündəki binada 4 mənzil, "Yeni Həyat” yaşayış kompleksində 4 mənzil, Neft Akademiyasının əsas korpusu ilə üzbəüzdə 7-8 dükan, Bakıda 6-7 bağ evi, Yasamal rayon məhkəməsi ilə üzbəüzdə "Kolizey” və "Şəhrizad” restoranları, Dubayda elit yaşayış kompleksində yerləşən otelin bütövlükdə 3 mərtəbəsi, Dubayda ticarət mərkəzi”…

Hörmətli oxucu, bunlar yalnız Akif Çovdarovun yadında qalanlardır. O özü də istisna etməyib ki, bu tam siyahıdır.

Ləğv edilmiş MTN-nin sabiq idarə rəisi eyni zamanda Tağı Əhmədovun Xarici İşlər Nazirliyində işləyən oğlu Ruslan Əhmədov vasitəsilə 17 milyon dollar pulu ölkədən ofşor hesablara çıxrmaqda ittiham edib və bildirib ki, Dubaydakı oteli və ticarət mərkəzini də bu pulla alıb. Dubayla yanaşı Rusiyanın paytaxtı Moskvada metro çıxışında 5 milyona 120 kvadrat metrlik dükan alıb, icarəyə verib.

Akif Çovdarov bəyan edib ki, araşdırma zamanı Tağı Əhmədovun bankda da külli miqdarda pulu üzə çıxdı. "Təkcə "TexnikaBank”da 13 milyon dollar pulu olub. Bu bank bağlananda oradan 9 milyonu çıxarıb ofşora köçürdü. Qalan 4 milyonu da müxtəlif qohumlarının adına köçürmüşdülər. Həmin adamlar da pulları çıxarıb oğlu Ruslan Əhmədova əlbəəl vermişdilər. Bu haqda videogörüntülər də var. Ümumilikdə Tağı Əhmədov və yaxınlarının hesablarında 21 milyon pul müəyyən edildi”.

Akif Çovdarovun sözlərinə görə, Baş Prokurorluqdan yüksək vəzifəli şəxslə əlaqə saxlayıb, aşkarlanan faktlar haqda onları da məlumatlandırıb.

Akif Çovdarov davam edərək bildirib ki, Tağı Əhmədovdan hədə-qorxu ilə 3 milyon alması yalandır: "Nazirliyimizə 10-12 minlik yüngül maşınlar lazım idi. Rəhbərlik məsləhət gördü ki, əməkdaşlıq etdiyimiz qurumlardan istəyək, hədiyyə etsinlər. Mən əməkdaşımız Rəsul Rəsulova dedim ki, get, Tağıyə de, lazım olsa, nazir müavininin adından rəsmi məktub da yazarıq. Onda Tağı demişdi ki, 3-5 min verə bilərəm, üstünü özünüz düzəldərsiniz. Mən bilirdim ki, Tağının arxasında kim var, ona görə bu məsələnin üstünə getmədik.

Tağı Əhmədovun onunla bağlı 3 miyonluq iddiasını isə Akif Çovdarov belə əsaslandırıb: "Tağı Əhmədov məndən şikayət etmək fikrində olmayıb, sonra da peşman olmuşdu. 2016-cı ildə də ərizəsini geri götürmək istəyirdi, neçə yerdə də demişdi ki, bu yaşımda mənə lazım idi bu? Onu şantaj etdilər, oğlu Ruslan Əhmədov içkili vəziyyətdə qəza törətmişdi, adam ölmüşdü. Ruslan ANS-in kamerasına düşmüşdü. Tağı bu məsələyə görə məcbur olub mənim əleyhimə yalan ifadə verdi”.

Cinayət Məcəlləsinin çoxsaylı maddələri ilə ittiham olunan Akif Çovdarovun günahsız olduğunu söyləmək mümkün deyil. Ancaq bir məsələ tam aydındır. Tağı Əhmədov haqqında deyilənləri əsaslı şəkildə təkzib edə bilməsə Akif Çovdarovdan daha artıq maddə ilə cinayət məsuliyyətinə cəlb edilməlidir. Əgər Tağı Əhmədovun deməyə sözü varsa, ou dinləməyə hazırıq. Hər halda Tağı Əhmədov da susmaqla ictimai qınaqdan qurtula bilməyəcəyini anlamalıdır.

Arzuman Nəbiyev,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}