Könlü balıq istəyənin...


 


 

Hüseynqulu Bağırovun Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentindən xəbəri varmı?


Son zamanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin faəliyyətində ciddi nöqsanların olması haqqında məlumatlar üzə çıxmağa başlayıb. Məsələn, ali təhsili olmayan bir şəxsin Ağcabədi rayon Meşə Mühafizə və Bərpa Müəssisəsinin direktoru vəzifəsinə təyin edilməsi haqqında məlumat yayılıb. Digər bir məlumatda Meşə Fondunda və Milli Parkların ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən heyvandarlıq təsərrüfatları yaradılmasıdır. Qeyd edək ki, bir neçə il əvvəl ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Azərbaycanda qoyunçuluğun ölkənin ekoloji vəzəiyyəti ilə üst-üstə düşmədiyi haqqında fikir bildirimiş, bu heyvanların sayının həddindən çoxluğuna diqqət çəkmişdi. Nazirin həmin vaxt etdiyi xəbərdarlıqdan belə qənaət yaranırdı ki, qoyunların çoxluğu ekologiya üçün əsas təhlükədir. Ancaq indi belə görünür ki, nazirin bu xəbərdarlığına heç kim önəm verməyib. Hətta onun öz işçiləri belə Meşə Fondunda və Milli Parkların ərazisində heyvandarlıq təsərrüfatları yaradırlar. Bir qayda olaraq bu heyvandarlıq təsərrüfatları isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları olan meşə gözətçilərinə məxsusdur. Bu isə o deməkdir ki, təbiəti elə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları dağıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259-cu maddəsinin 2,4 maddəsi ilə Meşə Fonduna məxsus ərazinin zəbt edilməsinə şərait yaratmaq, ağacların kəsilməsi və Meşə Fonduna ziyan vurmaq cinayət əməli kimi tövsiv olunur. Bu məsələ ilə bağlı növbəti saylarımızda geniş araşdırmamız ilə tanış ola bilcəksiniz.

Hələlik isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bəzi Departamentlərinin faəliyyətində müşahidə olunan müamalı maliyyə faəliyyətlərindən bəhs etmək istərdik. Onlardan biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentidir.

Qeyd edək ki, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin tabeçiliyində bir neçə balıqartırma zavodu var. Onların arasında Xıllı Nərə Balıqartırma Zavodu, C.Cavadov adına Kür-ağzı Nərə Balıqyetişdirmə Zavodu, S.Q.Kərimov adına Kür Təcrübi Nərə Balıqartırma Zavodu, Çaykənd Qızılbalıqartırma Zavodu, D.Yusifov adına Qəbələ Qızıl Balıqyetişdirmə Zavodu, Təcrübəvi Dəniz Balıqartırma Zavodu kimi müəssisələr var. Bu müəssisələrin ölkənin su hövzələrində bioloji resursların artırılmasına hansı tövhələri verdiyi məlum deyil. Ancaq bu müəssislərin xüsusi tərkibli balıq yemlərinin, quru artemiyanın, yem məhsullarının, balıq üçün dərmanların, dərman və sarğı ləvazimatlarının satın alınması adı haqqında hər birinə yüzminlərlə büdcə vəsaitinin sərf olunduğu məlumdur. Doğrusu, sarğı ləvazimatları deyərkən nəyin nəzərdə tutulduğunu tam analamaq da mümkün olmur.

Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti büdcə vəsaitlərindən yalnız bu müammalı maliyyə əməliyyatları zamanı istifadə etmir. Eyni zamanda istehsal obyektlərinin əsaslı təmiri, cari təmiri, odunların satın alınması, tullantıların daşınması, dezinfeksiya üçün duz məhsullarının satın alınması və sair adlar altında büdcə vəsaitləri istifadə edilir. Bu maliyyə əməliyyatları yumşaq desək, bir qədər şübhəli görünür. Məsələn, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Bağırov Emil Zakir oğlu və Bağırov Marif Zakir oğlu adlı şəxslərlə apardığı maliyyə əməliyyatları bir qədər şübhəli görünür. Bu şəxslərin qardaş olduğu ehtimal edilir və onların Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin müəssisələrinə satdığı yem məhsullarının istehsalçısı və ya idxalatçısı olması haqqında heç bir məlumat yoxdur. Eləcə də Rauf istehsal Kommersiya Şirkəti adlı hüquqi şəxsin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin müəssisələrinə satdığı balıq üçün dərmanların və ərzaq məhsullarının istehsalçısı və idxalatçısı olması haqqında heç bir məlumat yoxdur. Yeri gəlmişkən qeyd edək ki, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə bir zamanlar Azneft İstehsalat Birliyində rəsi müavini olmuş Rasim Həsənov adlı

şəxsin rəhbərlik etdiyi haqqında məlumat var. Bu da Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun təccüb doğuran kadr təyinatlarından biridir. Biz isə Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentin həyata keçirdiyi maliyyə əməliyatlarının əsl mahiyyətini üzə çıxarmaq üçün araşdırmalarımızı davam etdirəcəyik. Yazıda adları çəkilən şəxs və qurumların mövqeyini də dinləməyə hazırıq.

A.Nəbiyev,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti

Videolar