Mikayıl Cabbarovun istefası zərurətə çevrilib

Mikayıl Cabbarovun istefası zərurətə çevrilib

 


 

Təhsil Nazirliyində ciddi dəyişikliklərin vaxtı çatıb

Azərbaycan Respublikasında  tədrisi rus dilində aparılan X sinif  "Всеобщая история” dərsliyində dərc olunmuş xəritə, yəni erməni tarixçilərin uydurduğu "Dənizdən dənizə böyük Ermənistan” xəritəsinin dərc olunması ölkə ictimaiyyətiniəməlli-başlı silkələyib.Bu xəritədə Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları xəyalı erməni dövlətinin ərazisi kimi göstərilib. Ölkə ictimaiyyətinin ciddi narazılığına səbəb olan bu olayın təsadüfən-təhsil nazirliyinin dediyi kimi texniki səhv olması inandırıcı deyil. Dövlət büdcəsi hesabına nəşr olunan, ilk olaraq Bəhlul Hüseynov adlı vətəndaşın aşkarladığı və onun təhsil nazirliyinin "Qaynar xətt” xidmətinə müraciət etməsindən sonra yığışdırılan kitab əlavə büdcə vəsaitləri hesabına yenidən nəşrediləcək. Əlbəttə, bu məsələ indiki maliyyə qıtlığı məqamında tam önəmsiz deyil. Ancaq puldan daha önəmli Azərbaycan məktəblərində erməni tarixçilərinin uydurma "Dənizdən dənizə böyük Ermənistan” təbliğatına yer verilməsidir. Əgər bu olay Bəhlul Hüseynov tərəfindən aşkar olmasaydı, məktəblərimizdə erməni təbliğatı Azərbaycan büdcəsindən ayrılan pullar hesabına aparılmış olacaqdı. Bəhlul Hüseynovun diqqətçiliyi nəticəsində aşkar olanan bu olay heç də Təhsil Nazirliyinin günahını azaltmır, əksinə atrırır.

Məlum olduğu kimi dərsliklərin hazırlanmasına Təhsil Nazirliyi yanında Dərslikləri Qiymətləndirmə Şurası qanunla məsuliyyət daşıyır. Dərslikləri  Qiymətləndirmə Şurası Azərbaycan Respublikası müəyyən edilmiş  dərslik siyasətinə uyğun olaraq, ümumtəhsil məktəb dərsliklərinin ekspertizası və  qiymətləndirilməsini həyata keçirmək məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan və bu Əsasnamə ilə üzərinə düşən vəzifələri müstəqil həyata keçirən ictimai təsisatdır. Sədr, sədr müavini və 15 nəfər üzvdən ibarət olan Şura tədris dilləri üzrə  ədəbiyyat, riyaziyyat-informatika, təbiət fənləri, ictimai-sosial fənlər, ibtidai təhsil, təhsilin məzmunu – kurikulum, yaş psixologiyası və fiziologiya, dərslik nəşri və dizayn sahələri üzrə mütəxəssislərdən formalaşır. Bunaları ona görə qeyd edirik ki, oxucularımız dərs vəsaitlərinin nəşrinin ciddi bir yoxlamadan keçdiyindən  xəbərdar olsunlar. Çox təəssüf ki,müxtəlif sahələr üzrə mütəxəssislərdən formalaşan Dərslikləri Qiymətləndirmə Şurası uydurma erməni təbliğatının açıq-aydın təsirlərini görə bilməyib.

Mikayıl Cabbarovun istefası zərurətə çevrilib

 


 

 Qeyd edək ki, Dərslikləri Qiymətləndirmə Şurasının üzvlərinin seçilməsi sadə proses deyil. Belə ki, Şura üzvülərini Şura üzvlüyünə namizədliyini vermiş şəxslərin sırasından Təhsil Nazirliyində yaradılmış işçi qrupu seçir. Seçilmiş şəxslər Təhsil Nazirinin əmri ilə Şura üzvlüyünə 3 il müddətinə təyin olunurlar. Bir şəxs iki dəfədən artıq Şura üzvü təyin edilə bilməz. Üzürlü səbəb olmadan Şuranın 3 iclasında iştirak etməyən şəxslər Şura üzvlükdən azad edilir. Dərslikləri Qiymətləndirmə Şurasının əsas vəzifəsi Təhsil Nazirliyində yaradılmış ekspert bankından ümumi təhsil müəssisələri üçün dərsliklərin qiymətləndirilməsi üzrə ekspert qruplarına (bundan sonra "ekspert qrupu”) üzvləri seçir və onların işini təşkil edir. Məxfiliyi ciddi təmin etməklə Şuraya daxil olmuş dərsliklərin əlyazmalarının məna və  məzmununun qiymətləndirilməsi işinə rəhbərlik edir və dərsliklərin qiymətləndirilməsi ilə bağlı ekspert qruplarının rəylərin müzakirəsindən sonra qəbul olunan yekun qərarları Nazirliyə təqdim edir.

Göründüyü kimi dərsliklər çox ciddi yoxlama mərhələsindən keçməlidir. İndi görünür ki, yoxlamalar başdansovdu aparılıb. Digər maraqlı məqam odur  ki,təhsil nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunan həmin  kitabdakı uydurma erməni təbliğatını Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynov da aşkar edə bilməyib.

Bu isə bütövlükdə təhsil sistemində xaousun olduğunu göstərir.

Azərbaycanı "Böyük Ermənistan” tərkib hissəsi kimi göstərən ”Всеобщая история” kitabın müəllifi Kamran Əsədovun  haqqında sensasion məlumat əldə etmişik. Həmin məlumatda deyilir ki,3 il öncə K.Əsədov dələduzluqda ittiham olunmuşdur. Təkzib edilməyən məlumatda hər şey yazılıb. 3 il öncə Bakı şəhər sakinindən onun  övladını ali məktəbə qəbul etdirmək adı ilə pul tələb edən K.Əsədovun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilibmiş. Həmin əməliyyatla bağlı Baş Prokurorluğun mətbuat xidmətinin 11 sentyabr 2014-cü ildə yaydığı məlumatda qeyd edilir ki, özünü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əməkdaşı kimi təqdim edən, Bakı Dövlət Universitetində (BDU) saat hesabı ilə müəllim işləyən Kamran Əsədov qəbul imtahanlarında lazımi bal toplamayan bu səbəbdən  ikinci tura qalmış Bakı şəhər sakininin övladını Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul etdirməyi vəd edərək ondan 3.000 manat pul tələb edib və həmin puldan ilkin olaraq 500 manat beh  alıb. Bundan sonra abituriyentin ikinci turda topladığı bal hesabına obyektiv meyarlarla ali təhsil müəssisəsinə qəbul olunmasına baxmayaraq, Kamaran Əsədov guya qəbula kömək etdiyini deyərək ,həmin şəxsdən 2 500 manat məbləğində pulu tələb edib alarkən əməliyyat tədbirləri zamanı cinayət başında yaxalanıb. Baxış zamanı Kamaran Əsədovun üstündən 2 500 manat məbləğində nağd pul aşkar edilərək götürülüb. Cinayət işi başlanmış və Kamaran Əsədov Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. Ən maraqlısı da odur ki,beş ay sonradan  2015-ci ilin fevral ayında isə Kamran Əsədov azadlığa çıxıb. Niyə?

Bundan daha maraqlı hal odur ki, iki maddə ilə ittiham olunan bir şəxsin və adı dələduzluqda hallanan belə bir şəxsə "Azərbaycan tarixi” kitabının yazılmasını kimin həvalə etməsidir. Mediada yer alan məlumata görə, Kamran Əsədovun təhsil nazir Mikayıl Cabbarovla yaxın dostluq əlaqələri var. "Azərbaycan tarixi” kitabı da məhz bu münasibətlər çərçivəsində həmin  şəxsə həvalə olunub. Görünür, Dərslikləri Qiymətləndirmə Şurasının üzvüləri də Kamran Əsədovla nazir Mikayıl Cabbarovun münasibətlərini bildikləri üçün müəllifin kitabını dərindən araşdırmağa ehtiyac duymayıblar.

Bundan sonra artıq təhsil naziri Mikayıl Cabbarovun da Dərslikləri Qiymətləndirmə Şurası üzvülərinin də tutduqları vəzifələrdə qalmağa mənəvi haqqları yoxdur. Onlar qanun çərçivəsində  istefaya getməlidirlər. Əks halda bu ictimaiyyətə də, milli maraqlara da tam hörmətsizlik deməkdir. Bütün bunların müqabilində təhsil nazirliyinin qısa bir açıqlamsı və məsuliyyətdən yaxa qurtarmağa çalışması nazirlikdə ciddi dəyişikliklərin vaxtının çatdığından xəbər verir. Bunu ibtidai siniflər üçün nəzərdə tutulan dəftərlərin üstündə dahi Azərbaycan şairi Nizami Gəncəvinin  fars ədəbiyyatının nümayəndəsi kimi göstərilməsi ilə bağlı növbəti qalmaqal da bir daha təsdiq edir.

Azad Aydın,

"Yeni Sözçü" qəzeti





Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}