Nazirə qarşı inanılmaz ittiham

Nazirə qarşı inanılmaz ittiham

 


Sərdar Cəlaloğlu siyasi gündəmi dəyişir

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu siyasi gündəmi dəyişə biləcək şok açıqlamalar verib. Partiya sədri ovqat.com-a müsahibəsində bəyan edib ki, 15 nəfərin ölümündə əli olan nazir var. Sərdar Cəlaloğlu həmin nazirin adını açıqlasa da, 15 nəfərin ölümünə səbəb olan məmurun adını təhlükəsizlik səbəbi ilə yayımlamaqdan imtina edib. Partiya sədrinin 15 nəfərin ölümündə ittiham etdiyi nazirin qurbanlarından 3-ü həmin  məmurun katibələri imişlər. Üç katibənin öldürülməsi isə yalnız onların həmin məmur tərəfindən cinsi zorakılığa məruz qalması haqqında düşüncələr yaradır. Sərdar Cəlaloğlunun müsahibəsi bomba kimi partlayıb və artıq siyasi gündəmi dəyişməkdədir.

Mətbuatda həmin nazirin kimliyi ilə bağlı sualın cavabının tapılması cəmiyyətin üzərinə yönəldilib. Qeyd edək ki, Nazirlər Kabinetinin tərkibində 18 nazir var. Bu nazirlərin sırasına Xarici işlər naziri Elmar Məmmədyarov, Daxili işlər naziri Ramil Usubov, Müdafiə naziri Zakir Həsənov, Ədliyyə naziri Fikrət Məmmədov, Müdafiə Sənayesi naziri Yavər Camalov, Maliyyə naziri Samir Şərifov, Vergilər naziri Fazil Məmmədov, Iqtisadiyyat  naziri Şahin Mustafayev, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov, KəndTəsərrüfatı naziri Heydər Əsədov, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Təhsil naziri Mikayıl Cabbarov, Səhiyyə naziri Oqtay Şirəliyev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Energetika naziri Pərviz Şahbazov,  Gənclər və İdman naziri Azad Rəhimov,  Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu  Bağırov daxildir. Deməli Sərdar Cəlaloğlunun 15 nəfərin ölümündə ittiham etdiyi şəxs bu 18 nəfərin arasındadır. Qeyd edək ki, həmin  18 nəfərdən bəzilərinin üzərinə partiya sədrinin ittihamı ilə bağlı  kölgə  düşmür. Məsələn, Energetika naziri Pərviz Şahbazovun nazir kürsünə əyləşməsinin üstündən cəmi 18 gün keçib. Bu müddətdə, hətta ən qatı cinayətkar  belə 15 nəfərin ölümünə imza ata bilməz. Deməli, Sərdar Cəlaloğlunun ittiham etdiyi şəxslərin sırası bir az da daralır və Energetika naziri Pərviz Şahbazovu,ümumiyyətlə bu siyahıya daxil etmək düz deyil. Kənd Təsərrüfatı naziri Heydər Əsədov, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Təhsil naziri Mikayıl Cabbarov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Gənclər və idman naziri Azad Rəhimov və Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu  Bağırovun 15 nəfərin ölümünə səbəb ola bilcəyi mümkünsüz görünür.

Qeyd edək ki, Sərdar Cəlaloğlu həmin nazirlə bağlı məlumatları prokurorluq orqanlarına təqdim etdiyini iddia edib.Yuxarıda qeyd etdiyimiz bəzi nazirləri ittiahm subyeklərinin siyahısından çıxarsaq, yerdə 11 nazir qalar. Bu nazirlərin hər birinin lehinə, yaxud əleyhinə arqumentlər gətirmək olar. Cəmiyyətdə də artıq bir sıra  fikirlər dolaşmaqdadır və yaxın günlərdə bu məsələ gündəmin əsas müzakirə mövzusuna çevirilə bilər. Ölkədə prezident seçkilərinə faktiki olaraq start verildiyini nəzərə  alsaq, hər bir iddialı şəxs bu mövzu ilə bağlı açıqlamalar verib, diqqəti öz üzərinə cəlb etməyə çalışacaq. Hökumət, bu mövzunun mətbuatda geniş işıqlandırılmasının qarşısını almağa cəhd edə bilər. Bu isə tamamilə əks effekt verər. Çünki  Azərbaycan cəmiyyəti informasiyanı əsasən sosial şəbəkələr vasitəsilə alır. Deməli, 15 nəfərin ölümündə əli olan nazir mövzunu mətbutda və  nəzarətsiz sosial şəbəkələrdə ölkənin bəzi üzdə olan  nazirləri ittiham obyektinə çevrilməsinə səbəb olacaq. Bu isə daha çox təhlükəlidir. Fikirimizcə hökumət və xüsusən də prokurorluq orqanları bu məsələyə aydınlıq gətirməlidirlər. Əks halda, Sərdar Cəlaloğlunun açıqlaması  ayaq tutub   yeriyəcəkdir.  Bu, isə  movcud  hakimiyyət üçün ciddi siyasi qalmaqala səbəb olacaq. Ümumiyyətlə, Azərbaycanın ən stajlı siyasətçilərindən hesab olunan Sərdar Cəlaloğunun müsahibəsi ciddi bir prosesin başlanğacı ola bilər.  Bu müsahibədəki ittihamlar MTN-də baş verən hadisələri  və  Hacı Məmmədov dəstəsinin cinayətlərini kölgədə qoya bilər. Çünki partiya sədri daha  ciddi cinayətlərdən bəhs edir və sözünün arxasında faktlar dayandığını söyləyir.

Arzuman LOĞMANOĞLU,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}