Nazirlər Kabinetinin rəsmi saytı niyə yenilənmir?

 

Nazirlər Kabinetinin rəsmi saytı niyə yenilənmir?

 


 

Qoca hökumət müasir dövrün tələblərinə cavab vermir

 

Pərviz Şahbazov 12 oktyabr 2017-ci ildə Azərbaycan Respublikasının Energetika naziri təyin edilsə də, Nazirlər Kabinetinin saytının NK-nn tərkibi ilə bağlı məlumatda energetika nazirliyinə kimin rəhbərlik etdiyi ilə bağlı məlumat hələ də yenilənməyib. www.cabmin.gov.az/page/post/12/nazirler_kabinetinin_terkibi.html-səhifəsində Energertika naziri ifadəsinin qarşısında Pərviz Şahbazovla bağlı məlumat yoxdur. Bunu yeni energetika nazirinə qarşı ayrı-seçkilik, qərəzli münasibət kimi qəbul etmək olmaz. Bu sadəcə qoca hökumətin müasir dövrün tələblərinə cavab verə bilməməsi kimi qəbul edilməlidir. Qeyd edək ki, Azərbaycan dövləti müasir dövrün tələblərinə cavab vermək üçün bir çox layihələr həyata keçirir. Məsələn, dövlət "Elektron Hökumət” və "Açıq Məlumat” layihələri, ASAN Xidmət idarəetməni müasir dövrün tələblərinə uyğunlaşdırmaq məqsədi güdür. Eyni zamanda "Elektron Hökumət”demokratiyanı daha da inkişaf etdirən amillərdən biri hesab edilir. "Elektron Hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır. "Açıq Məlumat” – azad şəkildə heç bir məhdudiyyət qoyulmadan, istənilən şəxs tərəfindən istənilən məqsədlə istifadə edilən, şəkli dəyişdirilərək başqa formaya salınan (sxem, xəritə, diaqram və s.) və paylaşılan məlumatlardır.İctimai əhəmiyyət daşıyan bu məlumatlardan, heç bir patent, lisenziya, icazə və məhdudiyyət olmadan, istifadəçilər istənilən vaxt istənilən formada yararlana bilərlər.

Bütün bu mütərəqqi addımların üzərinə kölgə salan isə Nazirlər Kabineti və bu quruma daxil olan bəzi Nazirlik, Dövlət Komitəsi və Adminstarsiyaların faktiki olaraq yenilənməyən saytlarıdır. Baxmayaraq ki, hər bir qurumda informasiya təminatı ştatları və mütəxəsisləri mövcuddur, ancaq əməli fəaliyyətı mövcud deyil. Bu fikirləri əksər yerli icra hakimiyyəti orqanlarına da şamil etmək olar. Açıq-aydın hiss olunur ki, əksər məmurlar informasiya texnologiyaları ilə işləyə bilmirlər. Halbuki, həm müasir dünyada, həm də ölkəmzdə bu istiqmətdə ciddi layihələr həyata keçirilir. İndi iqtisadiyyatın rəqəmsallaşdırılması, elektron pulların tətbiqi artıq hec kimi təəccübləndirmir. Əlbəttə, Azərbaycan məmur təbəqəsinin böyük hissəsinin belə məsələrdən xəbərsiz olması aydın görünür və müəyyən mənada bunun obyektiv səbəbləri olduğu məlumdur. Bu isə ilk növbədə Azərbaycan məmur təbəqəsinin həddindən artıq yaşlı olması ilə izah edilir. Məsələn, Baş nazir Artur Rasizadənin üç aydan sonra 83 yaşı tamam olacaq. Baş nazirin birinci müavini Yaqub Eyyubovun isə bir neçə gündən sonra 72 yaşı tamam olacaq. Baş nazirin sıravi müavinlərindən Elçin Əfəndiyev 74 yaşını bir neçə ay əvvəl qeyd edib. Artur Rasizadənin digər sıravi müavini Abid Şərifovun yanvar ayında 78 yaşı tamam olacaq. Baş nazirin digər müavini, Qaçqınların və Məcbiri Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun da 70 yaşın tamam olmasına çox vaxt qalmayıb. Bu qocalarla müqayisədə 63 yaşlı İsmət Abbasov və 64 yaşlı Əli Əhmədov çox gənc görünürlər. Halbuki, qonşu Gürcüstanda bu yaşda məmurlara çox nadir hallarda rast gəlmək mümkündür. Paytaxtın meri Hacıbala Abutalıbovun da 73 yaşı hələ may ayında tamam olub. Onun həmyerlisi, Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabyevin də 78 yaşı tamam olub. Belə yaşlı məmurların müasir informasiya texnologiyaları ilə işləyə bilməməsi əslində təəccüblü deyil. Ancaq bu şəxsləri bu qədər vəzifə başında saxlamaq anlaşılan deyil. Axı onların müasir idarəçiliklə ayaqlaşa bilməmələri göz önündədir və bunu ölkə vətəndaşları ilə yanaşı əcnəbilər də müşahidə edirlər. Rusiya və Avropa mediasını izlədikdə, Azərbaycan məmurlarının müasir idarəçiliklə ayaqlaşa bilməmələri, informasiya texnologiyalarının inkişafından irəli gələn tələblərə cavab verməməsi ilə aşağılayacı mövqe açıq-aydın hiss olunur. Məhz belə məmurların fəaliyyəti nəticəsində Rusiya və Avropa mətbuatında Azərbaycan haqqında Asiya dövləti, geridə qalmış cəmiyyət kimi bəhs edilir. Hətta bəzən bu münasibət çox aşağılayacı şəkil alır. Bütün bunlara son qoymaq üçün ciddi  şəklidə dəyişikliklər edilməlidir. Əks halda Nazirlər Kabinetinin saytına baxan şəxs hələ energetika naziri postunun vakant olduğu qənaətinə gələcək.

Arzuman LOĞMANOĞLU,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}