Dövlət Gömrük Komitəsinin polkovnik-leytenantı həbs edildi

Dövlət Gömrük Komitəsinin polkovnik-leytenantı həbs edildi

 

Bu il oktyabr ayının sonlarında Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı, dövlət gömrük polkovnik-leytenantı Həsənov Rəhim Səlim oğlu Gürcüstan respublikası ərazisində külli miqdarda psixotrop maddə ilə saxlanılıb.

Sozcu.info Ölkə.Az-a istinadla xəbər verir ki, hazırda Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən istintaq altında saxlanılan R.Həsənov barəsində qanunsuz olaraq psixotrop maddələrin saxlanılması maddəsi ilə cinayət işi başlanıb və barəsində həbs-qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, 1978-ci il təvəllüdlü R.Həsənov uzun illərdir ki, DGK-də çalışıb. Həsənov Bakı Dövlət Universitetinin hüquq fakültəsindən sonra Rusiya Gömrük Akademiyasında təhsil alıb. Araşırmalarımız zamanı məlum olub ki, Gürcüstan Respublikasından olan Rəhim Həsənov tez-tez şəxsi işləri ilə əlaqədar vətəninə gedib-gəlib. 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}