Yevlaxda ana və 3 yaşlı oğlu kanala düşdü, uşaq öldü

Yevlaxda ana və 3 yaşlı oğlu kanala düşdü, uşaq öldü
Yevlax rayonunun İsmayılabad kəndində ana və 3 yaşlı övladı su kanalına düşüb.

Bu barədə "Report"a Yevlax Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, kənd sakini Səbinə Əkbərova və 3 yaşlı oğlu Ayxan kənd ərazisindəki kanalın üzərindəki taxta körpüdən keçən zaman kanala yıxılıblar. Ana xilas olsa da, axar su 3 yaşlı Ayxan Ələkbərovu aparıb. Azyaşlı suda boğularaq ölüb.

Hadisə yerinə çağırılan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri uşağın meyitini çıxararaq ailəsinə təhvil verib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, hadisəyə səbəb kimi kanalın üzərindəki taxta körpünün sürüşkən olması göstərilir.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}