Nazir müavininin yasında jurnalisti döyənlərdən birinin anası:"Geniş açıqlama vermək istəmərəm"

Nazir müavininin yasında jurnalisti döyənlərdən birinin anası:"Geniş açıqlama vermək istəmərəm"

 

Xəbər verdiyimiz kimi, dünən səhiyyə naziri Oqtay Şirəliyevin göstərişi ilə "Unikal” qəzetinin əməkdaşı Famil Fərhadoğlu (İbrahimov) döyülüb. 
 
Hadisə səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfn mərasimində baş verib. Belə ki, Yasamal qəbiristanlığında mərhumun dəfn mərasimini lentə alan Famil Fərhadoğlu nazirin işçilərinin hücumuna məruz qalıb. O, üz və qol nahiyyəsindən xəsarət alıb. Həmçinin, mobil telefonu əlindən alınaraq, sındırılıb.
 
Hadisə ilə bağlı KİV-lərdə xəbər yayımlandıqdan sonra Səhiyyə Nazirliyi dərhal açıqlama verib. Nazirlik baş verənləri üzərindən ataraq, hadisənin mərhum nazir müavininin qohumları tərəfindən törədildiyini bildirib.
 
Məsələ ilə bağlı araşdırma aparan "Bizim Yol” saytı jurnalisti döyən şəxsin kim olduğunu tapa bilib.
 
 Belə ki jurnalist Famil Fərhadoğlunu döyən şəxs Azərbaycan Respublikası Milli Məclisi Aparatının Sosial qanunvericilik şöbəsinin müdir müavini vəzifəsində çalışmış, mərhum Təyyar Tağı oğlu Paşayevin oğlu Riyad Paşayevdir.
 
O, hazırda dövlət orqanlarından birində çalışır və vəfat edən Abbas Vəlibəyovun yaxın qohumudur. Amma məsələ bununla bitmir. Çünki jurnalisti döyən şəxslər iki nəfər olub və onun telefonunu da elə ikinci şəxs alaraq sındırıb. 
 
"Bizim Yol” onun da adının müəyyən edib. Belə ki, jurnalisti döyən Riyad Paşayevin anası Validə Paşayeva sayta açıqlama verərək, jurnalistin oğlu və səhiyyə naziri Oqtay Şirəliyevə yaxın olan Namiq adlı şəxs tərəfindən döyüldüyünü təsdiq edib.
 
Validə Paşayevə bu barədə geniş açıqlama vermək istəmədiyini, oğlu ilə danışmağı məsləhət edib. Oğlu Riyad Paşayev isə zənglərə cavab verməyib.
 
Bildirək ki, jurnalist Famil Fərhadoğlunu döyən Riyad Paşayevin anası Validə Paşayeva da Səhiyyə Nazirliyində çalışır. O, sayta açıqamasında bunu təsdiq edib.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}