Azərbaycanda yeni “yol idarələri” yaradılır

Azərbaycanda yeni “yol idarələri” yaradılırBu, Dünya Bankının təklifləri və dəstəyi əsasında reallaşdırılacaq. Azərbaycanda Dünya Bankının təklifləri və dəstəyi əsasında magistral yolların istismarı ilə bağlı ayrıca idarələr yaradılacaq.

Bunu Milli.Az-ın sorğusuna cavab olaraq Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Anar Nəcəfli deyib.

“Azəryolservis”in sözçüsü qeyd edib ki, ASC-nin təşkilati fəaliyyətinin təkmilləşdirilməsi və işlərin səmərəliliyinin artırılması məqsədilə ölkədə 7 yeni magistral yol idarəsinin yaradılması nəzərdə tutulur: “Hələlik idarələrin nə vaxt yaradılacağı dəqiq məlum deyil. Bu iş DB ilə əməkdaşlıqdan asılıdır. Bilirsiz ki, son zamanlar magistral yollar genişləndirilir, ikihərəkətli zolaqdan dördhərəkətli zolaqlı yollarına keçilir. Bundan başqa yollarda müxtəlif yenidənqurma və infrastruktur işləri aparılır. Ona görə bütün bu işləri icra etmək və yollara nəzarət etmək üçün yeni idarələrin yaranmasına ehtiyac duyulur”.

“Azəryolservis” ASC-nin mərkəzi aparatında kadr və struktur dəyişikliklərinin olacağı barədə yayılan xəbərlərə gəlincə, A.Nəcəfli deyib ki, bu xəbərlərin heç bir ciddi əsası yoxdur: “Azəryolservis”in mərkəzi aparatında, rəhbərlikdə hər hansı dəyişikliyin olacağı gözlənilmir. Sadəcə, günün tələblərinə uyğun müəyyən xırda struktur dəyişikləri olur, daxildə təşkilati fəaliyyətin təkmilləşdirilməsi məqsədilə kiçik şöbələr yaradılır, bəziləri birləşdirilir, yerdəyişmələr edilir. Bu da istənilən dövlət orqanında baş verən normal proseslərdir”.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}