Qadına "lüt şəkillərini yayacam" deyə pul tələb edənlər tutuldu

Qadına "lüt şəkillərini yayacam" deyə pul tələb edənlər tutulduŞəki Şəhər-Rayon Polis Şöbəsinin istintaq və cinayət-axtarış bölmələri əməkdaşlarının birgə keçirdikləri istintaq əməliyyat tədbirləri nəticəsində Şəki sakini, 1994-cü il təvəllüdlü, şərti adı Nigar adlı şəxsin çılpaq fotoşəkillərini yayacağı adı ilə hədələyərək, ona və atasına hədə-qorxu gələrək onlardan pul tələb edən iki nəfər saxlanılıb.

Saxlanılan şəxslər isə bunlardır: Sumqayıt şəhər sakini Qurbanov Bəhruz Ələddin oğlu və Şəki şəhər sakini Hüseynov Elşən Aydın oğlu. Saxlanılan şəxslər dindirilmə zamanı əməllərindən peşman olduqlarını bildiriblər.

Faktla əlqədar Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırmalar aparılır (Kanal S (Region TV)).


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}