Keçmiş avtosalonda "şıdırğı" qumar gedir

Keçmiş avtosalonda  "şıdırğı" qumar gedirAzərbaycan Respublikası özünün bütün göstəricilərinə görə istinasız olaraq bütün dünyada dayanıqlı, inkişaf edən,siyasi sabitliyi ilə seçilən-insanları ölkə rəhbərliyinin daxili və xarici siyasətinə dəstək verən, milli-mənəvi dəyərləri ilə diqqət çəkən unikal bir ölkə kimi tanınır. Belə bir ölkənin vətəndaşı olmaqdan qürur duymaq olar. Möhtərəm Prezidentimiz İham Əliyev cənabları ölkəmizin daha yüksək inkişaf mərhələsinə qədəm qoyması üçün dünya azərbaycanlılarına, xarici ölkələrdə sərmayə qoyan, tanınmış həmyerlilərimizə hər zaman “yaşıl işıq”yandırıldığını dəfələrlə öz çıxışlarında bəyan etmiş, onları dövlətimizin daha da çiçəklənməsi naminə əllərindən gələni əsirgəməməyə səsləmişdir.
Lakin deyəsən bəziləri ünvanı səhf salmış, asan və əyri yollarla, mənəvi aşınma bahasına Azərbaycanda çirkli pullar qazanmaq eşqinə düşmüşlər. Bəlkə də bu əcaib hallara respublikamızda da digər xarici ölkələrdəki kimi münbit şərait olduğu ehtimal etmişlər. Adama təəccüblü gəlir ki,ay vətəndaş, vətən təəssübü çəkmək əvəzinə bu nə hoqqabazlıqdı çıxarırsan?. Dövlətin başçısına rəsmən xoşagəlməz, cəmiyyətimizə yabancı olan vərdiş və məşğuliyyətlərdən biri olan qumar oyununa qadağa qoyduqdan xəbəri yoxdurmu belə başa bəla işbazların? Əlbəttə var. Uzağa niyə gedək, elə Akim Abbasov 84 ünvanda yerləşən, "Azərbaycan "Universitetinin yanındakı “loto klubu”na baş çəkmək kifayətdir ki, “xoruzun quyruğunu görəsən”. Burada əvvəllər “maşın salonu” kimi fəaliyyət göstərən “loto klub”a baş çəkəndə çox mətləblərdən agah oldum. Axşam saat 5-dən sonra burada bir həngamə olur ki, gəl görəsən. Deyilənə görə bu güşənin sahibi-ixtiyarı Ağdamdan olan hallı-pullu oğullarımızdan sayılan İqbal adlı bir şəxsdir. “Loto klub”un özünün cəlb edici xüsusiyyətləri ilə hər gün reklam olunan iri həcmli şirkət və firmaları çoxdan geridə qoyub. Klub gecə ən azı saat üçədək işini təmin etməkdən ötrü həmin saatda 100 AZN pulsuz oyun prizdə müəyyənləşdirib. Qumara gələnlər təbii ki, bu prizdən faydalanmaq üçün canfəşanlıq edirlər. Müştərilər mini yubkalı, açıq sinəli, şirindilli, gözəgəlimli xanımların xidmətindən məmnunluq edirlər. Xanımlar olanlara torbadan daş çıxarır, stola istədiklərini gətirirlər.Klubun “özəllik” və “gözəlliklərindən” biri də burada pivə, cay, kofe, dönər müştərilərə pulsuz verilməsidir. İçib hallanan hər kəs isə qumar süfrəsinin başından əskik olmaz. İndi də keçək şəxsən müşahidə etdiyim oyun qaydalarına. Qumarda uduş müddəti cəmi iki dəqiqə çəkir, hər uduşda isə 120-150 manat arası məbləğ olur. Hər oyunun 40 manatı “Loto klub”undur. Bu hesabla hər saata 1200 manat pul qazanılır. “Oyun gün ərzində 15 saat davam edir”. Bu isə aylıq ən azı 180 min manat vəsait deməkdir. Bəli, “gecə qara, cücə qara” düşüncəsilə yoldan keçənləri, gəncləri, yeniyetmələri, o dairədə yaşayan insanları öz toruna asanlıqla salan bu başıbəla “işbazlar”a, hətta havadarlıq, “krişalıq” edən “mətbuat yengələri” də varmış sən demə. Bəli, içimizdəki “mətbuat yengələri” fürsəti əldən vermir, şəxsi qazancları naminə eybəcərlikləri görməzliyə vura bilirlər. Biz də vururuq, özü də gücümüz çatıncaya qədər qamçı ilə, söz kötəyi ilə kötəkləyirik. Bu yazıdan sonra isə yəqin aidiyyatı qurumlar məsələdən hali olunca bəlkə də axşamqaranlığında dəyənək, zopa yeyənlərinin hay-küyünü də eşidəcəyik. İqbal bəyin xudmani xanəsi barəsində bildiklərimiz və deyəcəklərimiz isə bir deyil, iki deyil.....
Mövzü diqqətimizdədir

Nüsrət İsəoğlu


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}