İCTİMAİ NƏQLİYYATDA GEDİŞ HAQQI NİYƏ ARTIRILDI? – İş adamları müflis olmuşdu…

 

Son günlər ölkə ictimaiyyəti arasında, eləcə də mediada, sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri heç şübhəsiz, metro və avtobuslarda gediş haqqının dəyərinin 50 faiz, daha dəqiqi 10 qəpik qaldırılmasıdır.

Məlum olduğu kimi, Tarif Şurası qərarı ilə metro nəqliyyatında və Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifini 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik təsdiq edib. Bundan öncə metro və avtobuslarda gediş haqqı 20 qəpik idi.

Sozcu.info xəbər verir ki, bir çox iqtisadçılar ictimai nəqliyyatda qiymət artımının gözlənilən və təbii olduğunu bildirsələr də, bu qərarın doğru olmadığını söylənlər də az deyil. Metro və ictimai nəqliyyatda gediş haqlarının artırılmasına etiraz edənlər öz fikirlərini əsasən 2 arqumentlə əsaslandırırlar.
Birincisi, bahalaşmanın insanların, xüsusən aztəminatlı ailələrin həyat şəraitinə ciddi mənfi təsir göstərə biləcəyi qeyd olunur.
İkincisi, bu artımın digər sahələrdə də sürətli bahalaşmaya səbəb ola biləcəyi iddia edilir.

Əlbəttə, bu deyilənlərdə müəyyən həqiqətlər var. Hər bir bahalaşmanın aztəminatlı ailələrin həyat şəraitinə mənfi təsir göstərdiyinə şübhə yoxdur.
Ancaq aztəminatlı ailələrin güzaranının yaxşı olmamasının marşrutlarda gediş haqqının 10 qəpik artırılması ilə bağlanması doğru yanaşma deyil. Bu artım bir ailənin büdcəsinə ayda maksimum 10-15 manat təsir göstərə bilər ki, bu da indiki dövrdə elə bir ciddi məbləğ deyil. Ona görə də, fikrimizcə, marşrutlarda gediş haqqının artırılmasını tənqid etmək əvəzinə (bunların arasında deputatlar da var), hökumətə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əlavə tədbirlər görülməsinin təklif olunması daha doğru olardı.

Gediş haqlarının artırılmasının digər sahələrdə sürətli bahalaşmaya səbəb ola biləcəyi fikrini də ciddi hesab etmək olmaz. Məsələ ondadır ki, metro və marşrutlardakı gediş haqlarının hansısa məhsulun, xidmətin dəyərinə birbaşa və ya dolayı təsiri yoxdur. Metro və avtobuslarda gediş haqqının artmasının digər sahələrdəki qiymətlərə təsiri, ümumiyyətlə, qeyri-mümkündür. Hər halda heç kim satdığı məhsulu marşrutla daşımır. Metro və marşurutdan istifadə edənlərin hansısa xidmət sahəsində qiymət müəyyənləşdirdiyini iddia etmək də mümkün deyil. Artım elə də ciddi olmadığından, inflyasiyaya da səbəb olacağı gözlənilmir.

Ancaq inhisarçılar, bəzi işbazlar bunu bahanə edərək, süni qiymət artımına gedə bilərlər. Elə gediş haqlarının artırılmasının digər sahələrdə bahalaşmaya səbəb ola biləcəyi fikri də onların maraqlarına xidmət edir. Ona görə də hökumət buna diqqət etməli, gediş haqlarını bəhanə edib, süni qiymət artımına gedənlər sərt şəkildə cəzalandırılmalıdır.

Yəni, metro və ictimai nəqliyyatda gediş haqlarının artırılması ilə bağlı qərarın əhalinin həyatına hansısa ciddi təsirindən danışmaq mümkün deyil.

Ancaq əvəzində bu qərar ictimai nəqliyyatdakı bir sıra problemlərin həllinə səbəb ola bilər. Həm ictimai nəqliyyatda keyfiyyətin artırılmasına, həm də bu sahədə fəaliyyət göstərən sahibkarların yükünün azalmasına müəyyən qədər təsir edəcək.

Metroda gediş haqlarının artırılmasından çox yazıldığından təkrarlamaq istəmirik. Bu qərarın həm dövlətin "Bakı Metropoliteni” QSC-yə ayırdığı dotasiyanın azalmasına, həm də yeni stansiyaların, tunellərin, xətlərin inşasına, yeni qatarların alınmasına, qatarların əsaslı təmirinə, modernləşdirilməsinə, mövcud stansiyaların və infrastrukturun yenidən qurulmasına şərait yaradacağı bildirilir.

Marşrut avtobuslarda gediş haqlarının artırılmasının isə bu sahədə yaranmış bir sıra çətinlikləri aradan qaldıracağı gözlənilir.

5

Məsələ ondadır ki, avtobus marşrutları ilə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi sonuncu dəfə 2007-ci ildə müəyyən olunmuşdu. Yəni, paytaxt marşrutlarında 20 qəpiklik gediş haqqı 10 il bundan əvvəl müəyyənləşdirilmişdi. Ötən 10 il ərzində bütün sahələrdə qiymətlərin bahalaşması təbii ki, nəqliyyat parklarının istismar və daşıma xərclərinin də artmasına səbəb olub.
Bu dövrdə həm benzinin, həm avtobusların ehtiyat hissələrinin, həm sürücülərə verilən əmək haqları xeyli artsa da tariflər sabit saxlandığından, bütün yük sahibkarların üzərinə düşüb.

Nəticədə bu sahədə fəaliyyət göstərən sahibkarlar nəinki qazanc əldə edə biliblər, əksinə artan xərcləri öz büdcələrindən və ya kredit götürərək ödəmək məcburiyyətində qalıblar. Bu da marşrut sahiblərinə həm avtobus parkının yenilənməsi üçün investisiya qoyuluşuna imkan verməyib, həm də onların müflisləşməsinə səbəb olub. Ötən 10 il ərzində xeyli sahibkar bu sahədə fəaliyyətinə son verməli olub. Elə hökumətin "BakuBus” MMC-ni yaradaraq Bakıda sərnişindaşıma xidmətləri göstərməsinin bir səbəbi də gediş haqqı aşağı olduğu üçün sahibkarların bu sahədən uzaqlaşması, yeni avtobuslar almaq imkanlarının olmaması ilə bağlıdır.

Məsələ ondadır ki, hazırda sərnişindaşıma xidmətləri göstərmək üçün yararlı olan avtobusların qiyməti 100 min dollardan 350 min dollara qədər dəyişir. Avtobusun komfortu artdıqca qiyməti də artır. Məsələn, "BakuBus” MMC-nin istismara buraxdığı avtobusların qiyməti 600 min manata yaxındır.

2 avt

Paytaxtda iş adamları tərəfindən marşrut xətlərinə buraxılan avtobusların dəyəri də 170-180 min manata bərabərdir. Bu sahəyə bələd olan ekspertlərin sözlərinə görə, sahibkarlar avtobuslar almaq üçün xərcin müəyyən hissəsini özləri çəksə də, əhəmiyyətli bir hissəsini də banklardan kredit götürürlər. Yəni, hər ay banklara faizlərlə bərabər böyük miqdarda vəsait ödəmək məcburiyyətindədirlər.

Marşurutlarda 10 ildir dəyişməyən 20 qəpiklik gediş haqqı tarifləri isə sahibkarlara nəinki qazanc götürməyə, hətta bankların kreditlərini belə ödəməyə imkan vermirdi. Məsələ ondadır ki, tariflər aşağı olduğundan, sahibkarlar da sürücülərin planını aşağı edirlər. Nəticədə ay ərzində hər avtobusdan əldə etdikləri vəsait həmin avtobusları almaq üçün götürdükləri kreditlərin ödənişlərinə belə yetmir. Avtobuslar hər hansı səbəbdən müəyyən müddət işləmədikdə isə sahibkarın əlavə borclanmasına səbəb olur.

1485764299_kredit777

Təsadüfi deyil ki, hazırda bir çox marşrut sahibinin banklara küllli miqdarda borcu yığılıb qalıb. Devalvasiyadan əvvəl dollarla kredit götürərək avtobus alan sahibkarlar böyük ziyana düşdüklərindən, kreditlərini bağlaya bilmirlər.
Yəni, mövcud tariflər nəqliyyat sektorunda fəaliyyət göstərən sahibkarlara kredit buraxan bankları da çətin duruma salıb. Bəziləri vəziyyətdən çıxmaq üçün avtobusları, hətta əmlaklarını belə satmaq məcburiyyətində qalıblar .

Ekspertlərin sözlərinə görə, belə vəziyyət eyni zamanda, sahibkarlara avtobus parkının yeniləməyə, xətlərə komfortlu avtobuslar buraxmağa da imkan verməyib. Təsərrüfatın yenilənməsinə, ictimai nəqliyyatın komfortlu olmasına ehtiyac yaransa da, sahibkarların qazancı olmadığından, bu istiqamətdə vəsait ayıra bilməyiblər. Ona görə də gediş haqlarının artırılması nəinki düzgün, hətta zəruri bir qərar hesab olunur.

Bu qərarın həm nəqliyyat sektorunda fəaliyyət göstərən sahibkarların problemlərinin həllinə kömək edəcəyi, həm bankların problemli kreditlərinin nisbətən azalmasına şərait yaradacağı, həm də əhaliyə keyfiyyətli xidmət göstərmək imkanlarını yaradacağı gözlənilir.

15082322153284239210_1000x669

Təsadüfi deyil ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) də bildirilib ki, yeni tariflər ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə artan xərclərin qarşılanmasına, avtobus parkının yenilənməsinə, nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılmasına və son nəticədə isə bu sahədə xidmət səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərəcək: "Tariflərin yuxarı həddinin yenidən müəyyən olunması sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara maliyyə vəziyyətini sağlamlaşdırmaq və nəticədə vətəndaşa daha yüksək və keyfiyyətli xidmət tələbinin mərhələli şəkildə icrasına gətirib çıxaracaq”.

Bu isə tıxac probleminin dəhəllinə təsir göstərə bilər. Əgər ictimai nəqliyyatda komfort yaranarsa, ictimai nəqliyyatın işləmə intensivliyi artarsa, vətəndaş da şəxsi nəqliyyat vasitələrindən yox, ictimai nəqliyyat vasitələrindən istifadə edəcək. Bu isə vətəndaşlarımızın həm büdcəsinə müsbət təsir edəcək, həm tıxacların azaldılmasına yardım edəcək.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi yarandığı vaxtdan paytaxtda nəqliyyat sahəsində uzun illər boyu həllini gözləyən bir sıra problemlərin aradan qaldırılması istiqamətində ciddi addımlar atıb. Avtobusların qrafiklər üzrə müntəzəm fəaliyyəti təmin edilib, sərnişindaşıma xidmətinin keyfiyyəti artırılıb və sair. Bu sahədə əsas problemlərdən biri də sahənin sahibkarlar üçün səmərəsiz olması, onların borc içində qalaraq, şəhər nəqliyyatının inkişafında iştirak edə bilməmələri idi. Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə gediş haqlarının 10 qəpik artırılması bu problemlərin həlli üçün ən optimal qərar hesab oluna bilər./AzPolitika.info




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}