“Azvirt” büdcə pullarından necə istifadə edib?


Mənimsəmə ilə bağlı iddialar var

Məlum olduğu kimi bu il ölkəmiz «Formula 1» yarışmasına ev sahibliyi edəcək. Əksər idman yarışları kimi «Formula 1» yarışması da müfaviq infrastruktur tələb edir. Bu yarışların keçirilməsi üçün müvafiq yolların olması tələb olunur. Qeyd edək ki, yolların yarışlar üçün hazırlanması üçün aparılan işlərə 12 milyon manat xərclənməsi hələ 2016-cı ilin büdcəsi hazırlanarkən nəzərdə tutulub. Yəni neftin ucuzlaşmasına və ölkənin ciddi maliyyə problemləri ilə üzləşməsinə baxmayaraq «Formula 1» yarışmasının keçirilməsi qüvvədədir və bu yarışa hazırlıq tam gücü ilə gedir. Məlumata görə yarış keçiriləcək ümumi tras 6 km olacaq ki, maşınlar həmin trası yarış  zamanı 51 dəfə keçəcək. Tras Bakının maraqlı yerlərindən keçir, o cümlədən dənizkənarı parkdan, İçərişəhər ətrafından keçəcək. Yarışlar zamanı maşınların sürəti 340 km qədər çatacaq ki, bu da fərqli yollar tələb edir. Formulanın əksər müasir yollarını layihələndirən German Tilke de «Formula 1» üçün yolların dünyanın istənilən digər şəhər yolundan tam fərqlənəcəyi fikirindədir. Bunun üçün indi müəyyən işlər görülür, yolların örtüyü dəyişdirilir. Bu işlər isə "AzVirt” Məhdud Məsuliyyətli Cəmiyyətə həvalə olunub. «Formula 1» üçün yolların hazırlanmasında və bu zaman büdcə vəsaitlərindən necə istifadə olunmasına bir qədər aşağıda toxunacağıq. Hələlik qeyd edək ki, "AzVirt” MMC-i ölkədə bu işi tələb olunan keyfiyyətdə görə biləcək bəlkə də yeganə şirkətdir. Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni uçuş-enmə zolaqlarının, perronun, yönəldici yolların tikintisi və yenidənqurulması, Yeni Aerovağzal Kompleksinin tikintisi, Hava Nəqliyyatı Nəzarət Qülləsinin tikintisi, Mövcud Aerovağzal Terminalının yenidənqurulması, Qəbələ, Zaqatala və Lənkəran Hava Limanlarının tikintisini qeyd etmək bu şirkətin profili və üstünlüyü haqqında təsəvvür yaratmağa imkan verir. Eyni zamanda həm ölkəmizdə, həm də dünyanın bir çox ölkəsində yol çəkilişləri aparan "AzVirt” MMC-i bu sahədə bəlkə də həqiqətən ən yaxşı Azərbaycan şirkətidir. Bütün bunlarla yanaşı "AzVirt” MMC-yə qarşı iddialar da var. Məsələn, "AzVirt” MMC-nin yolların tikintisi zamanı smetanın şişirdilməsi kimi iddialar uzun müddətdir ki, yol çəkilişi ilə məşğul olan şirkətlər tərəfindən qeyri-rəsmi şəkildə səsləndirilir. Əlbəttə, "AzVirt” MMC bu fikirləri işlərini daha keyfiyyətli görmələri ilə və buna görə smetanın daha yüksək olmasını əsas gətirə bilər. Bir çox hallarda da haqlı belə çıxarlar. Ancaq bəzi iddialar həqiqətə çox yaxın görünür. İndi də «Formula 1» yarışlarının keçiriləcəyi 6 km-lik trasda görülən işlərin smetasının şişirdilməsi ilə bağlı iddilar var. İnanrırıq ki, "AzVirt” MMC  kimi keyfiyyətli işi ilə həmişə fərqlənmiş şirkət indi də bu iddialara aydınlıq gətirəcək
sozcu.info


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}