MTN-də Şahmar Rzayevin pulunu kimlər alıb?

MTN-də Şahmar Rzayevin pulunu kimlər alıb?

Çovdarovun adamları hələ də vəzifə başındadır

Prezident İlham Əliyevin sərəncamla ləğv etdiyi Milli Təhləküzlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, çoxsaylı ağır cinayətlərdə ittiham olunaraq həbs edilən general Akif Çovdarovun Badamdar qəsəbəsində, "Kempinski Hotel”in yaxınlığında yerləşən 3 malikanəsinə şəkilləri mediada yayılıb. Bəzi media orqanları bu malikanələrlə bağlı xəbəri "Çovdarovun bayquş ulayan malikanələri” başlığı ilə yayımlayıblar. Xəbərdən məlum olur ki, Akif Çovdarovun özünün və oğlanlarının yaşadığı malikanələrə kimsə buraxılmır.

Akif Çovdarovun malikanələrinə həbs qoyulmasına, onların artıq insan üzünü həsrət qalmasına baxmayaraq belə məlum olur ki, ləğv olunmuş MTN-dəki cinayətkar dəstənin bəzi üzvüləri ədalət məhkəməsindən yayına və hətta iş başında da qala bilirlər. Bunu Ağdam rayon, Şüküralı kənd sakini Rzayev Şahmar Mehdi oğlunun başına gələn inanılmaz hekayə də sübut edir. Şahmar Rzayev 2014-cü ilin oktyabr ayında MTN-ə çağrılır. Burada özlərini təqdim etməyən iki şəxs tərəfindən hədə-qorxuya məruz qalır. Özlərini təqdim etməyən MTN əməkdaşları Şahmar Rzayeva bildirlər ki, ondan 6 nəfərin imzası ilə bağlı şikayət var. Şahmar Rzayev həmin şikayətçilərin kimlər olduğunu öyrənmək istəsə də, bununla bağlı ona heç bir cavab verilmir. Özlərini təqdim etməyən iki nəfər MTN əməkdaşlarının Ş.Rzayevi qeyri-rəsmi dindirmələri davam etdiyi zaman otağa əlində qandal olan bir nəfər də daxil olur. Sonradan gələn bu şəxs həmin iki nəfərə otaqdan çıxmaq göstərişi verir və Şahmar Rzayevdən 100 min manat pul tələb edir. Əks halda onu həbs edəcəyi ilə hədələyir. Şahmar Rzayev 100 min manatı olmadığını, ömründə bu qədər pulu bir yerdə görmədiyini söyləsə də, MTN əməkdaşını fikirindən döndərə bilmir. MTN əməkdaşı bildirir ki, Şahmar Rzayevin "Prado” avtomobilinin və 110 hektar torpaq sahəsinin olması onlara məlumdur. Uzun danışıqlardan sonra MTN əməkdaşı 50 min manat müqabilində Şahmar Rzayevi azad buraxmağa razı olur. Bundan sonra Şahmar Rzayev "Prado”sunu satır, Banklardan özünün, ailə üzvülərinin və yaxın qohumlarının adına kredit götürür və ümumilikdə 47 min manatı, 30 min birinci dəfə, 17 manat ikinci dəfə olmaqla MTN əməkdaşına verir. Bundan sonra rahat buraxılan Şahmar Rzayev 2015-ci ilin oktyabrında baş verən "MTN olayları”ndan sonra 47 min manat verdiyi MTN əməkdaşının telefonuna zəng edərək, pulunu tələb edir. 2015-ci ilin noyabrının sonlarında Bakıya çağrılan Şahmar Rzayevə 15 930 manat verən MTN əməkdaşı pulun qalanını qaytaracağı ilə bağlı söz verir. Ancaq sonradan bildirir ki, Şahmar Rzayevdən aldığı pul onda deyil, verdiyi şəxs isə həbs olunub. Belə çıxır ki, Şahmar Rzayevi hədə-qorxu ilə şantaj edən şəxs ağır cinayətlər törətməkdə ittiham olunaraq həbs olunan MTN əməkdaşları ilə əlaqəli şəxs olub. Bu isə Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılmasına, Akif Çovdarov və dəstəsinin həbsinə, ən nəhayətdə MTN-nin bir nazirlik kimi ləğv olunmasına baxmayaraq hədə-qorxu yolu ilə vətəndaşların sərvətini əllərindən alanlara xidmət edənlərin hələ də xüsusi xidmət orqanlarında vəzifə başında olması anlamına gəlir. Bir zamanlar Akif Çovdarovun göstərişi ilə vətəndaşlara qarşı cinayətlər törətməkdən çəkinməyənlərin vəzifə başında qalması qanunsuzluq olması kimi gələcəkdə yeni cinayətlərin baş verməsinə münbit şərait yaradır. Burada qeyd edək ki, Şahmar Rzayevdən hədə-qorxu yolu ilə 47 min manat alıb, 2015-ci ilin oktyabr hadisələrindən sonra 15 930 manatını qaytaran şəxsin adı redaksiyamıza məlumdur. Lakin, hüquq-mühafizə orqanları bu məsələyə aydınlıq gətirənə kimi həmin şəxsin adını açıqlamaq istəmirik.

MTN-də Şahmar Rzayevin pulunu kimlər alıb?

 

Şahmar Rzayevi kim(lər) "nişan” verib?

Ağdam rayon Şüküralı kənd sakini Şahmar Mehdi oğlu Rzayevin 2014-cü ilin oktyabrında MTN-nə çağrılması, hədə qorxu yolu ilə 47 min manatın alınması ilə bağlı məsələ ətrafında hüquq-mühafizə orqanlarının aparacağı istintaq bu olayla bağlı çox maraqlı bir məqamın da üstünə işıq sala bilər. Bu isə respublika səviyyəsində tanınmayan, hətta Ağdamda da imkanlı şəxslərdən hesab olunmayan Şahmar Rzayevi kim(lər)in sifariş və yaxud "nişan” verməsi ilə bağlı olan incə məqamdır. 2014-cü ildə, MTN-ə çağrıldığı zaman heç bir vəzifəsi olmayan, bundan öncə isə kiçik bir idarənin, Ağdam rayon Su-kanal İdarəsinin rəisi olan Şahmar Rzayev təsərrüfatla məşğul olub. Bu zaman o hətta iri təsərrüfat sahibi, imkanlı sahibkar belə sayıla bilməzdi. Elə isə onu Milli Təhlükəsilik Nazirliyinin mərkəzi aparatının əməkdaşlarının diqqətinə salan nə olub? Çox böyük ehtimalla Ağdam rayonunda hansısa güc sahibi Şahmar Rzayevi hansısa köhnə məsələlərə görə cəzalandırmaq istəyib. Əks halda evində, bank hesabında yüz min manatı olmayan bir şəxs MTN-dəki cinayətkar dəstəinin diqqətini necə cəlb edə bilərdi? Bütün bu suallara hüuq-mühafizə orqanlarının araşdırmaları aydınlıq gətirə bilər. Biz isə jurnalist təhqiqatımızı davam etdirməyə çalışacağıq.

 

"Yeni Sözçü” qəzetinin Araşdırma Qrupu



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}