“Banklar haqqında” qanuna dəyişiklik layihəsi yenidən müzakirəyə çıxarılır

“Banklar haqqında” qanuna dəyişiklik layihəsi yenidən müzakirəyə çıxarılır

 

Milli Məclisin aprelin 9-da keçiriləcək plenar iclasında "Banklar haqqında” qanuna dəyişiklik layihəsi də müzakirəyə çıxarılacaq.

Sozcu.info  xəbər verir ki, qanunun 36-cı (Banklarla onların müştəriləri arasında münasibətlər) maddəsinə dəyişiklik edilməsi nəzərdə tutulur.

Maddəyə edilən əlavəyə əsasən, bankların müştərilərlə bağladığı kredit müqavilələri üzrə faiz dərəcələrinin, komisyon haqların və göstərilən bank xidmətləri üçün digər ödənişlərin yuxarı həddi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən ediləcək.

Layihədə qeyd olunub ki, bu layihə müştərilərin maraqlarının qorunması məqsədilə kredit müqavilələri üzrə faiz dərəcələrinin, komisyon haqların və bank xidmətləri üçün digər ödənişlərin optimallaşdırılması üçün onların yuxarı həddinin tənzimlənməsini nəzərdə tutur.

Xatırladaq ki, dəyişiklik layihəsi parlamentin martın 29-da keçirilən plenar iclasının gündəliyinə daxil edilsə də, sonradan çıxarılmışdı.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}