Azərbaycandakı banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək - Avroliqanın finalı ilə bağlı

Azərbaycandakı banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək - Avroliqanın finalı ilə bağlı

 

Mayın 29-da UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar banklar 27 may – 1 iyun tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Sozcu.info un Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən verdiyi məlumata görə, ölkə əhalisinin, ölkəmizdə səfərdə olan turistlərin və xarici qonaqların bank xidmətlərindən rahat faydalanmasının təmin edilməsi məqsədilə 22 bankın 75 filial və şöbəsi müştərilərə gücləndirilmiş iş şəraitində xidmət göstərəcək. 9 bankın 12 filial və şöbəsi 24 saat rejimində fəaliyyət göstərəcək.

Gücləndirilmiş iş rejimində çalışacaq bankların siyahısı və iş qrafiki ilə bu linkdən tanış olmaq olar.

Bundan əlavə UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ərəfəsində ölkə əhalisinin və turistlərin maliyyə xidmətlərindən asanlıqla faydalanması üçün Palata tərəfindən istifadəyə verilmiş İ-MAP informativ xəritədə "FinalBaku2019” başlıqlı bölmə yaradılıb. İstifadəçilər gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək maliyyə subyektləri barədə ətraflı məlumat bu linkdən əldə edə bilərlər.

Final oyunu ərəfəsində Palatanın əməkdaşlarından ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı sual və ya problemlə bağlı Palatanın qaynar xəttinə (+99450 8390782) müraciət edə bilərlər.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}