"Cari ilin oktyabrından gələn ilin mayınadək iqtisadiyyatın qara günləri başlayacaq" - QUBAD İBADOĞLU

"Cari ilin oktyabrından gələn ilin mayınadək iqtisadiyyatın qara günləri başlayacaq" - QUBAD İBADOĞLU

 

"Ölkədə bazar iqtisadiyyatı təşəkkül tapmayıb, qiymətlərin əksəriyyətini bazarda hökmran mövqeyə malik olan inhisarçılar diktə edir"

"Sentyabrda olacaq maaş artımının 2 ay 12 gün öncədən elan olunması inflyasiya gözləntilərini daha da artırır"

"Ərzaq qiymətlərinin artımı, ikirəqəmli inflyasiyaya qayıdış qaçılmazdır". Hurriyyet.orgxəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.

Onun sözlərinə görə, manatın devalvasiyası risklərin necə idarəolunmasından asılı olacaq: "Ötən il hazırlanan və təsdiq olunan 2019-cu il üçün dövlət büdcəsində əməyin ödənişi və digər sosial ödənişlər üzrə xərclərə əlavə olaraq 620 milyon manat vəsait nəzərdə tutulmuşdu. Ümumilikdə bu məqsədlə ötən il 6 milyard manat vəsait xərclənmişdi. Minimum əməkhaqqının ilk dəfə artımı üçün 335 milyon manat, digər sosial müavinətlərin artımı ilə birlikdə 600 milyon manat vəsait tələb edir. Bu o deməkdir ki, büdcədə əvvəlcədən planlaşdırılan 620 milyon manatlıq vəsait yalnız əvvəlki fərmandan irəli gələn artımları örtməyə kifayət edir. Bununla yanaşı, kredit borclarının silinməsinin maliyyə tutumu 2,2 mlrd. manatdır. Bu vəsaitin çox hissəsi büdcədən götürülsə də əvvəlcədən nəzərdə tutulmamışdı".

Qubad İbadoğlu bildirib ki, nəhayət, sonuncu fərman cari ilin büdcəsindən yalnız minimum əməkhaqqının artımına və təhsil işçilərinin maaşlarının qaldırılmasına 1 miyard 20 milyon manat vəsait tələb edir: "Bütövlükdə isə son fərmanın maliyyə yükü 1,5 mlrd. manatdan çoxdur. Göründüyü kimi, büdcədə nəzərdə tutulanla müqayisədə ən azı 5 dəfə artıq vəsaitin xərclənməsi gözlənilir. Bu təbii ki, ilk növbədə fərdi kontekstdə alıcılıq qabliyyətinin, ümumi müstəvidə isə məcmu tələbin artımına gətirib çıxaracaq. Təbii ki, bundan istehsalçılar və idxalatçılar bəhrələnmək üçün qiymətləri həvəslə artıracaqlar. Nəzərə alsaq ki, ölkədə bazar iqtisadiyyatı təşəkkül tapmayıb, qiymətlərin əksəriyyətini bazarda hökmran mövqeyə malik olan inhisarçılar diktə edir, tariflər isə dövlət şirkətlərin korporotiv marağı ilə durmadan artırılır. Odur ki, qiymətlrin artımı, ikiirəqəmli inflyasiyaya qayıdış qaçılmazdır".

İqtisadçı alim hesab edir ki, xüsusilə də ərzaq mallarının qiyməti daha sürətlə bahalaşacaq: "Qiymət artımını şərtləndirən digər amil isə xüsusilə də Bakı şəhərində tikinti və ticarət sahəsində fəaliyyət göstərən fərdi sahibkarların sosial sığorta ayırmalarıın artımına görə ticarət və xidmətdə artan xərclər olacaq.
Nəhayət, sentyabrda olacaq maaş artımının 2 ay 12 gün öncədən elan olunması inflyasiya gözləntilərini daha da artırır. Devalvasiyaya gəlincə, bu sahədə də risklər artacaq və onun idarəedilməsi çətinləşəcək. Çünki bir tərəfdən istehlak məhsullarına artan ehtiyac əsasən idxal malları hesabına ödəniləcək, bu isə ölkədə valyutaya tələbatı çoxaldacaq. Digər tərəfdən də dünya bazarında xam nefin qiymətinin ucuzlaşması ölkəyə ixracatdan gələn valyutanın həcmini azalda bilər. Beləliklə də iqtisadiyyatın və istehlakçıların taleyi dünya bazarında neftin qiymətidən və ant-inflyasiya istiqamətində höküməti görə biləcəyi tədbirlərdən asılı olacaq. Hazırkı hökümət nə birinciyə, nə də ikinciyə təsir etmək gücündədir. Çünki ölkədə kəskin monopollaşma və siyasi korrupsiya antiinflyasiya istiqamətdə tədbirlərin təsir gücünü azaldır. Beləliklə də iqtisadiyyatın cari ilin oktyabrından gələn ilin mayınadək qara günləri başlayacaq".



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}