Qızıl bahalaşır: Satmaq üçün uyğun vaxtdır?

Qızıl bahalaşır:

 

Xəbər verdiyimiz kimi, COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,20 dollar bahalaşaraq 1 427,90 dollara satılıb.

Sozcu.info xəbər verir ki, "Yeni Sabah"a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli qızılın qiymətindəki artışın geosiyasi amillərlə bağlı olduğunu deyib:

"Dünyada indiki halda qızıla ciddi bir tələbat yoxdur. Söhbət fiziki tələbat artımından gedir. Geosiyasi gərginlik artdıqca, ticarət müharibələri genişləndikcə investorlar üçün qızıl güvənli liman rolunu oynayır və son zamanlar burada ciddi şəkildə artım müşahidə olunub. Bu məsələlər davam etdikcə qızılın qiymətində daha da artım müşahidə oluna bilər. Geosiyası gərginlik azaldıqca vəziyyət dəyişə bilər. Məsələn, ticarət müharibələrində Amerika və Çinlə yeni saziş imzalanarsa, (yaxın həftələrdə bu sazişin imzalanması gözlənilir) qızıl qiymətlərinə də təsir göstərəcək. Nəticədə ciddi enmələrin şahidi ola bilərik. Amma hələlik trend olaraq bu gərginliyin axsaması gözlənilmir”.

Ekspert əhaliyə diqqətli olmağı məsləhət görüb:

"Azərbaycan əhalisi isə qiymətlər artdıqca əllərində olan qızılın satılması və gəlir əldə edilməsi barədə düşünür, amma bu bir az riskli işdir. Çünki həmişə satışa çıxarılan qızıl əşyalar normal, pərakəndə satış qiymətindən daha az qiymətə dəyərləndirilir. Bu məsələni həmişə diqqətdə saxlamaq lazımdır. Əldə olan qızılı satarkən normal qiymətləşmə və sövdələşməyə üstünlük versinlər”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}