“Şimal Axını-2” tamamlanmaq üzrədir – Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql ediləcək

“Şimal Axını-2” tamamlanmaq üzrədir – Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql ediləcək

 

Sozcu.info  xəbər verir ki, "Qazprom” idarə heyətinin başçısı Viktor Zubkov Rusiya qazını Almaniyaya nəql edəcək "Şimal Axını-2” təbii qaz boru xəttinin inşaatının təqribən bir ay sonra tamamlana biləcəyini bildirib.

Danimarkanın layihənin öz torpaqlarından keçməsi üçün icazə verməyəcəyi təqdirdə belə inşaatın davam edəcəyini bildirən Zubkov deyib: "Əgər Danimarkadan icazə almasaq, neytral suların altından boru çəkməyə davam edəcəyik. Yaxın 4-5 həftə ərzində işlərimiz tamamlana bilər, lakin dekabr ayının sonuna qədər vaxtımız var, buna görə də tələsmirik”.

Ümumi dəyəri 10 milyard avro civarında olması gözlənilərn "Şimal Axını-2” layihəsinin vasitəsi ilə ildə 55 milyard kubmetrlik Rusiya qazının Baltik dənizinin üzərindən keçərək Almaniyaya nəql edilməsi planlaşdırılır.

ABŞ, Ukrayna, Polşa və Baltikyanı ölkələr bu layihənin inşasına qarşı çıxırlar.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}