Manatla bağlı yeni qərar veriləcək? - Bakıda dollar satışı dayandırıldı

 

Avqustun 30-da günün ikinci yarısında Azərbaycanın kommersiya bankları xarici valyuta satışını dayandırıblar.

Müxtəlif məlumatlara görə, hazırda 15-ə yaxın bank valyuta satmır (Turan).

"Respublika” bankından Turan agentliyinə satışın dayandırılmasının səbəbini izah etməyiblər, yalnız "bu qərarın bank daxilində qəbul edildiyini” qeyd ediblər. "Atabank” və "AFB” bankda deyiblər ki, artıq bir neçə gündür dollar satmırlar.

"Nikoil” bankında avqustun 30-da hər növ xarici valyuta satışını dayandırdıqlarını bildiriblər.

Qeyd edək ki, dünən 29 kommersiya bankı hərracda ölkənin Neft Fondunun çıxardığı 50 mln. dolları alıb.

Qeyri-rəsmi məlumatlara görə, satış tələbatı dəfələrlə yüksək olub.

İqtisadçı Samir Əliyev hesab edir ki, satışdan imtina xarici valyuta defisiti ilə bağlıdır.

"Bunun mümkün devalvasiya ilə bağlı olduğunu düşünmürəm”, – deyə, o, bildirib.

"Banklar ilk növbədə nağd valyutanı idxal əməliyyatları üzrə öz müştərilərinə satır. Yalnız qalan hissə bütün arzu edənlərə satılır. Hazırda bankların artıq pulu yoxdur”  -deyə, Əliyev belə hesab edir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}