"Goldman Sachs" 2020 -ci ildə neftin qiyməti ilə bağlı proqnozuna dəyişiklik edib

"Goldman Sachs" 2020

 

ABŞ-ın "Goldman Sachs" bankının ekspertləri 2020-ci ildə "Brent" markalı neftin bir barelinin orta spot qiymətinin 63 dollar olacağını proqnozlaşdırırlar.

 

Sozcu.info  xəbər verir ki, bu barədə maliyyə qurumunun hesabatını "ələ keçirmiş" "Bloomberg" agentliyi məlumat yayıb.

Hesabata əsasən, "Goldman Sachs" OPEC+ ölkələrinin gələn ilin birinci rübü üçün hasilatı azaltmaq üzrə saziş şərtlərini dəyişdirmək qərarını nəzərə alaraq daha əvvəlki qiymətləndirmələrinə düzəliş edib. Belə ki, bundan əvvəl bank analitikləri "Brent" markalı neftin bir barrelin orta spot qiymətinin 2020-ci ildə 60 dollar olacağını ehtimal edirdilər.

Qeyd edək ki, OPEC+ ölkələri 2020-ci il yanvarın 1-dən başlayaraq bazardan gündə 1,7 milyon barel çıxarmalıdırlar. Dəyişikliklərin məqsədi qışda tələbatın az olduğu dövrdə bazarda tarazlığın pozulmasının qarşısını almaqdır.

Bununla belə, uzunmüddətli proqnoz dəyişməz - bir barel üçün 55 dollar səviyyəsində qalıb. Yeni hesablamalara görə, WTI markalı neftin bir barelinin 2020-ci ildə spot qiyməti 58,50 dollar olacaq.

"Goldman Sachs" hesab edir ki, hasilatın azaldılmasına dair sazişin şərtləri Rusiya, İraq və Nigeriya tərəfindən tam yerinə yetirilməyə bilər.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}