“VTB Bank Prezidentin devalvasiya ilə bağlı sərəncamını pulla həyata keçirir” - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

“VTB Bank Prezidentin devalvasiya ilə bağlı sərəncamını pulla həyata keçirir”

 

"VTB bankdan xarici valyuta ilə ( rubulla) götürdüyüm kredit məlum ikinci devalvasiyadan sonra daha da bahalaşdı və ödənişi dayandırdım. Götürdüyüm kredit Azərbaycan manatı ilə 8 min manata yaxınlaşmışdı”.Sozcu.info xəbər verir ki, bu barədə Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə deyib.

 

"Belə çıxır ki, mən prezidentin sərəncamına düşmək üçün banka əlavə pul ödəməliyəm”

M.Əsədullazadə prezidentin 10 min manata qədər xarici valyuta ilə götürülən kreditlərlə bağlı sərəncamından sonra VTB banka yaxınlaşdığını bildirib: "Kreditin məlum sərəncama uyğun olaraq 2020-ci ilin yanvar ayından manata çevriləcəyini və güzəşt tətbiq olunacağı qeyd edildi. Amma əlavə ödəniş edib, 200 manat ödəmək şərti ilə cədvəl tutacaqlarını qeyd etdilər. Belə çıxır ki, mən prezidentin sərəncamına düşmək üçün banka əlavə pul ödəməliyəm və bundan sonra, mənim kreditim manata çevriləcək. Bildirdilər ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tələb edir. Bu qurumun rüşvət və korrupsiya mənbəyi olduğu məlumdur və prezident palatanı ləğv etdi”.

"Dövlət özü ziyanı banka ödəyirsə, bank niyə bu yola əl atır?!”

M.Əsədullazadə sual edir ki, VTB bank rəhbərliyi prezidentin məlum sərəncamını rüşvət almaqla yerinə yetirir? "Prezidentin sərəncamı qeyd-şərtsiz yerinə yetirildiyi təqdirdə VTB bank niyə əlavə ödəniş tələb edir? Dövlət özü ziyanı banka ödəyirsə, bank niyə bu yola əl atır?!

 "Xəstədilər, dəlidirlər, bir söz tapa bilmirəm, nə deyim Vallah!”,-deyə əlavə edib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}