Mil­yard­lıq ma­liy­yə fı­rıl­da­ğı Sa­mir Şə­ri­fo­vu çı­xıl­maz və­ziy­yət­lə üz­ləş­di­rib

 

Ba­kı Ağır Ci­na­yət­lər Məh­kə­mə­sin­də Azər­bay­can Bey­nəl­xalq Ban­kı­na kül­li miq­dar­da zi­yan vu­rul­ma­sı fak­tı ilə əla­qə­dar ban­kın İda­rə He­yə­ti­nin sa­biq səd­ri Ca­han­gir Ha­cı­yev və onun­la bir­lik­də təq­sir­lən­di­ri­lən şəxs­lə­rin işi üz­rə ke­çi­ri­lən pro­ses­lər­də Ma­liy­yə Nazir­li­yi­nin rəh­bər şəxs­lə­ri­nə qar­şı sərt it­ti­ham­lar səs­lə­nir.

 

Sa­biq bank rəh­bə­ri Ca­han­gir Ha­cı­yev ona ünvanlanan it­ti­ham­la­ra ma­liy­yə na­zi­ri Sa­mir Şərifovun da şə­rik ol­du­ğu­nu id­di­a edir. Hət­ta na­zi­rin də məh­kə­mə­də onun ya­nın­da – müttəhimlər kürsüsündə otur­ma­lı ol­du­ğu­nu deyir.

Bir ne­çə məh­kə­mə pro­se­sin­də Sa­mir Şə­ri­fo­va qar­şı səs­lə­nən it­ti­ham­lar­dan son­ra na­zir­lik bank rəh­bə­ri­nə ca­vab ver­mək məc­bu­riy­yə­tin­də qa­lıb.

Ban­kın İda­rə He­yə­ti­nin sa­biq səd­ri ilə bağ­lı ke­çi­ri­lən məh­kə­mə iclas­la­rın­da Ma­liy­yə Na­zir­li­yi­nin rəh­bər şəxs­lə­ri­nin ün­va­nı­na səs­lən­di­ri­lən it­ti­ham­lar­la əlaqədar nazirliyin mət­bu­at ka­ti­bi Ma­yis Pi­ri­yev deyib ki, bir qay­da ola­raq qu­rum sə­feh­lə­mə­lə­rə müna­si­bət bil­dir­mir və bu tip açıq­la­ma­la­rın sə­viy­yə­si hər han­sı cid­di re­ak­si­ya da tə­ləb et­mir:

"Ye­ga­nə ola­raq qeyd edə bi­lə­rik ki, müt­tə­him kürsüsün­də əy­lə­şən ban­kın sa­biq rəh­bə­ri­nin hə­qi­qə­ti əks et­dir­mə­yən və hər han­sı fak­ta söy­kən­mə­yən boğaz­dan yu­xa­rı açıq­la­ma­la­rı tö­rət­di­yi ci­na­yət­lə­ri siya­si­ləş­dir­mək, ic­ti­ma­iy­yə­tin diq­qə­ti­ni tö­rət­di­yi və bu gün məh­kə­mə pred­me­ti olan əməl­lə­rin­dən yayındırmaq, mü­ha­ki­mə­yə ai­diy­yə­ti ol­ma­yan məsələ­lə­rə yö­nəlt­mək məq­sə­di ilə is­ti­fa­də edi­lən ucuz fənd­lər­dən baş­qa bir şey de­yil. Hə­min uğur­suz fənd­lər və ma­nevr­lər də nə­ti­cə eti­ba­rı ilə məhz özü­nü if­şa­e­di­ci xa­rak­ter da­şı­yır.

Be­lə ki, hə­min şəx­sin məh­kə­mə ic­la­sın­da eti­raf etdiyi ki­mi, qay­ta­rıl­ma­yan kre­dit­lə­rin ay­rıl­ma­sı bilava­si­tə onun şəx­si qə­rar­la­rı və tap­şı­rıq­la­rı əsasında hə­ya­ta ke­çi­ri­lib. Bu za­man Mü­şa­hi­də Şu­ra­sı­nın mü­əy­yən et­di­yi kre­dit risk­lə­ri üz­rə li­mit­lər kobud şə­kil­də po­zu­lub (li­mit­lər aş­dı­ğı təq­dir­də Mü­şa­hi­də Şu­ra­sı­nın ra­zı­lı­ğı ol­ma­lı idi)".

M.­Pi­ri­yev qeyd edib ki, bir çox hal­lar­da kre­dit­lər bankın İda­rə He­yə­ti­nin sa­biq səd­ri­nin ay­rı­-ay­rı xa­ri­ci öl­kə­lər­də ya­ra­dıl­mış və nə­ti­cə eti­ba­rı ilə sa­hib­li­yi ona məx­sus olan müx­tə­lif of­şor şir­kət­lə­rə (Lük­sem­bur­qun adı­nı tə­sa­dü­fən çək­mə­yib) ötü­rü­lə­rək ban­ka heç bir fay­da gə­tir­mə­yən la­yi­hə­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si­nə yö­nəl­di­lib və ya nağd­laş­dı­rı­la­raq mə­nim­sə­ni­lib.

Öl­kə­dən bö­yük məb­ləğ­də və­sa­it çı­xa­rı­lıb

Ma­liy­yə Na­zir­li­yi­nin rəs­mi­si bil­di­rib ki, 2009-­cu ilin okt­yabr ayın­dan 2015-­ci ilin mart ayı­na­dək Müşahidə Şu­ra­sı­nın qə­rar­la­rı­na zidd ola­raq 1,5 mln ma­nat li­mi­tin­dən yu­xa­rı məb­ləğ­lər­də hü­qu­qi və fi­zi­ki şəxs­lə­rə ümu­mi­lik­də 1,3 mil­yard ma­nat, 1,4 mil­yard dol­lar və 300 mil­yon av­ro həcm­lə­rin­də kre­dit­lər verilib ki, bun­la­rın da ək­sə­riy­yə­ti uzun müd­dət ərzində qay­ta­rıl­ma­ya­raq prob­lem­li və ümid­siz kre­dit­lər qru­pu­na aid edi­lib:

"Ey­ni za­man­da, ban­kın sa­biq rəh­bər­li­yi­nin gös­tə­riş­lə­ri ilə möv­cud qa­nun­ve­ri­ci­li­yə zidd ola­raq 2 mi­nə ya­xın hal­da 3,7 mil­yard dol­lar və 1,1 mil­yard av­ro və­sa­it öl­kə­dən çı­xa­rı­la­raq hər han­sı müs­bət re­pu­ta­si­ya­ya və ya kre­dit rey­tin­qi­nə ma­lik ol­ma­yan, ək­sə­riy­yə­ti of­şor­lar­da ye­ni ya­ra­dıl­mış şir­kət­lə­rin borc ka­ğız­la­rı­nın (vek­sel­lə­rin) alın­ma­sı­na sərf olu­nub. Bu və­sa­it­lər son­ra­dan çox­pil­lə­li kö­çür­mə­lər va­si­tə­si­lə son be­ne­fi­si­a­rı və ya be­ne­fi­si­ar­lar­dan bi­ri Ca­han­gir Ha­cı­yev ol­du­ğu la­yi­hə­lə­rə yö­nəl­di­lib, on­la­rın əksəriyyə­ti bu gü­nə­dək qay­ta­rıl­ma­yıb".

O ki qal­dı Mü­şa­hi­də Şu­ra­sı­nın qə­rar­la­rı ilə rəs­mi­ləş­di­ril­mə­si­nə ra­zı­lıq ve­ri­lən kre­dit­lə­rə, M.­Pi­ri­yev de­yib ki, bun­la­rın sa­yı 7, ümu­mi­lik­də məb­lə­ği 250 mil­yon ABŞ dol­la­rı və 261 mil­yon ma­nat təş­kil edib ki, bugün­kü ta­ri­xə qeyd olu­nan kre­dit­lə­rin ha­mı­sı bağlanıb.

8 mil­yard dol­la­ra ya­xın və­sa­it 2 mə­nim­sə­yib­lər


Na­zir­li­yin bank rəh­bə­ri­nin səs­lən­dir­di­yi id­di­a­la­ra ca­va­bı bir­mə­na­lı qar­şı­lan­ma­yıb. Bu ba­rə­də fi­kir­lə­ri­ni "Rey­tinq"­lə bö­lü­şən ta­nın­mış iq­ti­sad­çı Röv­şən Ağayev de­yib ki, Ma­liy­yə Na­zir­li­yi­nin açıq­la­dı­ğı məlu­mat­dan be­lə ay­dın olur ki, Bey­nəl­xalq Bank va­si­tə­si­lə 8 mil­yard dol­la­ra ya­xın və­sa­it 2 ka­nal­la mənim­sə­ni­lib. Röv­şən Ağa­ye­vin söz­lə­ri­nə gö­rə, bu ka­nal­lar­dan bi­ri bu olub ki, ay­rı­-ay­rı Azər­bay­can vətən­daş­la­rı­nın adı­na iri məb­ləğ­də, bə­zən hət­ta 50-60 mil­yon dol­lar kre­dit ya­za­raq şəx­si məq­səd­lər üçün is­ti­fa­də edi­lib, son­ra on­la­rın xey­li his­sə­si­ni almaq müm­kün ol­ma­dı­ğın­dam prob­lem­li və ümid­siz borc ki­mi rəs­mi­ləş­di­rib­lər: "Baş­qa ka­nal bu olub ki, of­şor zo­na­lar­da şir­kət­lər qey­diy­yat­dan ke­çi­rib, Bankın və­sa­it­lə­ri­ni on­la­rın vek­sel­lə­ri­ni al­maq adı ölkə­dən çı­xa­ra­raq son­ra­dan hə­min və­sa­it­lə­ri də xaric­də­ki şir­kət­lə­ri­nə və he­sab­la­rı­na yö­nəl­dib­lər".

R.A­ğa­yev bil­di­rib ki, 8 mil­yard dol­lar Azər­bay­ca­nın 7-8 il­lik təh­sil, az qa­la 20 illk sə­hiy­yə, 5 il­lik so­si­al mü­da­fi­ə xərc­lə­ri­nə bə­ra­bər bir məb­ləğ­dir:

"Son gün­lər əsas gü­nah­ka­rın də­qiq­ləş­di­ril­mə­si is­ti­qa­mə­tin­də qız­ğın mü­za­ki­rə­lər ge­dir. Hə­lə­lik ən böyük təq­sir­kar qis­min­də ha­zır­da məh­kə­mə­si da­vam edən Ban­kın keç­miş rəh­bə­ri Ca­han­gir Ha­cı­yev­dir. Məh­kə­mə­nin ge­di­şi gös­tə­rir ki, Ca­han­gir Ha­cı­ye­vin özü­nü mü­da­fi­ə­si üçün səy­lə­ri əbəs­dir. Bü­tün fakt­lar əley­hi­nə iş­lə­yir. Heç nə yox, tək­cə öz ya­xın çev­rə­si­nin adı­na aç­dı­ğı tə­mi­nat­sız kre­dit xət­lə­ri­nə gö­rə onu mü­ha­ki­mə et­mək müm­kün idi".

Mü­va­fiq qu­rum­lar bö­yük ta­la­na göz yu­mub

R.A­ğa­ye­vin fik­rin­cə, bu işə gö­rə öl­kə­nin bü­tün maliyyə sis­te­mi­nin rəh­bər şəxs­lə­ri, bü­töv­lük­də hö­ku­mət mə­su­liy­yət da­şı­yır. Onun söz­lə­ri­nə gö­rə, bu gün Ma­liy­yə Na­zir­li­yi bü­tün gü­nah­la­rı Ca­han­gir Hacıyevin boy­nu­na qo­yub. Am­ma "Bank­lar haqqında" Qa­nu­nun 25-­ci mad­də­si­nə gö­rə, Müşahidə Şu­ra­sı bank­la­rın ida­rə edil­mə­si­nə və fəaliy­yə­ti­nə nə­za­rə­ti hə­ya­ta ke­çir­mək, ban­kın İda­rə He­yə­tin­dən he­sa­bat al­maq, bank tə­rə­fin­dən qüv­və­də olan qa­nun­ve­ri­ci­li­yin po­zul­ma­sı fak­tı­nı mü­əy­yən et­dik­də bu po­zun­tu ba­rə­sin­də səhm­dar­la­rın ümu­mi yı­ğın­ca­ğı­nı, Au­dit Ko­mi­tə­si­ni və İda­rə He­yə­ti­ni xə­bər­dar et­mək, İda­rə He­yə­ti üzv­lə­ri­ni və­zi­fə­dən kənar­laş­dır­maq, ban­kın eti­bar­lı və pru­den­si­al ida­rə olun­ma­sı­nı tə­min et­mək üçün zə­ru­ri olan qay­da­la­rı və da­xi­li əsas­na­mə­lə­ri qə­bul et­mək, ban­kın fə­a­liy­yə­ti­nin komp­leks və ya ay­rı­-ayn sa­hə­lə­ri­nin yox­lan­ma­sı ba­rə­də qə­rar qə­bul et­mək sə­la­hiy­yə­ti­nə ma­lik­dir:

"Bey­nəl­xalq Ban­kın Mü­şa­hi­də Şu­ra­sı­na isə Ma­liy­yə Na­zir­li­yi rəh­bər­lik edib. Bu sə­la­hiy­yət­lə­ri ic­ra et­mək ki­fa­yət idi ki, in­di şa­hid­lik et­di­yi­miz bö­yük kor­rup­si­ya əmə­liy­yat­la­rı baş ver­mə­miş ola idi. Bun­dan əla­və, bu Qa­nu­nun 34-­cü mad­də­si­nə gö­rə Mər­kə­zi Bank pru­den­si­al nor­ma­tiv­lər və tə­ləb­lər ba­xı­mın­dan ban­kın bü­tün iri kre­dit əmə­liy­yat­la­rı­na, bank rəh­bər­li­yin­də olan şəxs­lə­rə, on­la­rın ya­xın­la­rı­na ve­ril­miş kre­dit­lə­rin həc­mi­nə və ak­tiv­lə­rin və­ziy­yə­ti­nə nə­za­rət et­mək hüqu­qu var­dı. Ban­kın rəh­bər­li­yi yı­xıl­ma­ya­na qə­dər 7-8 il ər­zin­də bu qu­rum­lar­dan heç bi­ri sə­la­hiy­yə­tin­dən is­ti­fa­də et­mə­yib. Am­ma in­di bun­lar ba­rə­də danış­maq çox­la­rı­na sərf et­mir. Bu iş­də mü­da­fi­ə oluna­caq, gü­nah­sız olan bir­cə tə­rəf var - o da Azərbay­can xal­qı­dır, 8 mil­yard dol­la­rı oğur­lan­mış, zə­rə­çə­kən Azər­bay­can xal­qı. Tə­əs­süf ki, və­ziy­yət bu şə­kil­də acı­na­caq­lı­dır".

Öl­kə­nin bank-­ma­liy­yə nə­za­rə­ti sis­te­mi iş­lə­mə­yib


Ta­nın­mış iq­ti­sad­çı alim Qu­bad İba­doğ­lu isə Reyting.az-a de­yib ki, Bey­nəl­xalq Ban­kın sa­biq rəhbə­ri Ca­han­gir Ha­cı­ye­vin it­ti­ham­la­rı­na ca­vab ola­raq, Ma­liy­yə Na­zir­li­yi­nin son açıq­la­ma­sı bir çox kölgə­li mə­sə­lə­lə­rə işıq sa­lır. Onun söz­lə­ri­nə gö­rə, bu açıq­la­ma­dan bəl­li olur ki, Bey­nəl­xalq Bank 2009-­cu ilin okt­yab­rın­dan 2015-­ci ilin mar­tı­na qə­dər ya­xın­la­rın­dan iba­rət olan hü­qu­qi və fi­zi­ki şəxs­lə­rə zə­ma­nət­siz 1,3 mlrd. ma­nat, 1,4 mlrd. dol­lar və 300 mln. av­ro ve­rib, öl­kə­dən 3,7 mil­yard dol­lar, 1,1 mil­yard av­ro çıxa­rıb: "Bu o de­mək­dir ki, öl­kə­də 6 il ər­zin­də nə bank-­ma­liy­yə nə­za­rə­ti, nə də val­yu­ta-­göm­rük nə­za­rə­ti sis­te­mi iş­lə­mə­yib, bu funk­si­ya­la­rı hə­ya­ta ke­çi­rən Mər­kə­zi Bank, Ma­liy­yə Na­zir­li­yi və göm­rük or­qan­la­rı üzə­ri­nə dü­şən adi və­zi­fə­lə­ri­ni be­lə ic­ra et­mə­yib­lər, be­lə­lik­lə də, Cə­nu­bi Qaf­qa­zın ən bö­yük ban­kın­da ra­si­o­nal ida­rə­çi­lik de­yil, məq­səd­yön­lü ta­lan­çı­lıq olub, nə­ti­cə­də döv­lət ma­liy­yə sis­te­mi­nin ba­lan­sı po­zu­lub, bank sis­te­mi­nin "o­nur­ğa sü­tu­nu" zə­də­lə­nib. Be­lə fakt­lar si­vil öl­kə­lər­də açıq­lan­say­dı, ilk növ­bə­də maliy­yə-­bank, val­yu­ta nə­za­rə­ti­nə mə­sul olan bü­tün or­qan­la­rın rəh­bər­lə­ri is­te­fa ve­rər və on­lar dər­hal məsu­liy­yə­tə cəlb olu­nar­dı. Bəl­kə də bu il­lər ər­zin­də 3,7 mil­yard dol­lar, 1,1 mil­yard av­ro öl­kə­dən çı­xa­rıl­ma­say­dı, elə­cə də mil­yard­lar­la ma­nat kre­dit zəmanət­siz ve­ril­mə­səy­di, ha­zır­da mil­li val­yu­ta­nın duru­mu bu də­rə­cə acı­na­caq­lı ol­maz­dı".


Ha­ki­miy­yə­tin yu­xa­rı da­i­rə­lə­rin­də təm­sil olu­nan şəxs­lər­dən bi­ri­nin söz­lə­ri­nə gö­rə, Ca­han­gir Ha­cı­ye­vin məh­kə­mə­də bu qə­dər ha­zır­lıq­lı və konk­ret fakt­lar­la çı­xış edə­cə­yi göz­lə­nil­mir­di. An­caq sa­biq bank rəh­bə­ri­nin bir­ba­şa ma­liy­yə na­zi­ri­ni it­ti­ham et­mə­si və nazirli­yin də yol ver­di­yi cid­di qa­nun po­zun­tu­la­rı barədə fakt­la­rı açıq­la­ma­sı və­ziy­yə­ti də­yi­şib: "Hə­lə­lik pro­se­sin axa­rın­da hər han­sı cid­di də­yi­şik­lik ol­ma­sa da, qar­şı­da­kı dövr­də Sa­mir Şə­ri­fov­dan da he­sab soru­la bi­lər. Əgər bu mə­sə­lə­də ma­liy­yə na­zi­ri də cavab­deh şəxs ki­mi pro­se­sə cəlb olun­sa, onun tək­cə və­zi­fə­si­ni itir­mə­si ilə ya­xa­sı­nı qur­tar­ma­sı müm­kün ol­ma­ya­caq. Yə­ni, C.­Ha­cı­ye­vin tə­bi­rin­cə de­sək, S.Şə­ri­fov da məh­kə­mə­də onun ya­nın­da otu­ra bi­lər”.

Bi­zi bil­gi­lən­di­rən şəxs ehtimal edir ki, bun­dan sonrakı qə­rar məh­kə­mə­nin ge­di­şa­tın­dan ası­lı olacaq. Əgər C.­Ha­cı­yev bu şə­kil­də da­vam elə­sə, daha cid­di fakt­lar or­ta­ya qoy­sa, S.­Şə­ri­fo­vun "qur­ban ve­ril­mə­si" qa­çıl­maz ola bi­lər.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}