“Türk axını” ilə bağlı mərasimdə Azərbaycanı Energetika naziri təmsil edir

 

Energetika naziri Pərviz Şahbazov "Türk axını” qaz kəmərinin açılış mərasimində iştirak məqsədi ilə Türkiyəyə səfər edib.

 

Bu barədə Sozcu.info -ya Energetika Nazirliyindən məlumat verilib.

Bu gün İstanbulda keçirilən mərasimə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinlə yanaşı, bır sıra ölkənin yüksək səviyyəli hökumət nümayəndələri də qatılacaq.

Qeyd edək ki, "Türk axını” layihəsi üzrə tikinti işlərinə 2017-ci ildə başlanılıb. "Turk axını” qaz kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 km-dir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı üçün, ikincisi - Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükü üçün nəzərdə tutulub. Xətlərin hər birinin ötürücülük qabiliyyəti 15,75 mlrd kubmetrdir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}