Dünya Bankı : “Dünya iqtisadiyyatının artım tempinin azalma riskləri qalmaqdadır”

 

"2020-ci ildə dünya iqtisadiyyatı 2,5% artacaq”.

Sozcu.info xəbər verir ki, bu barədə məlumat Dünya Bankının cari il üçün açıqladığı illik qlobal iqtisadiyyat proqnozunda yer alıb.

2019-cu ildə ticarət və investisiyaların əhəmiyyətli dərəcədə zəiflədikdən sonra bərpa edilməsi bu cür məlumatların dərc edilməsinə səbəb olub. Bildirilib ki, bütün bunlara baxmayaraq dünya iqtisadiyyatının artım tempinin azalma riskləri qalmaqdadır.

Bundan başqa 2020-ci ildə inkişaf etmiş ölkələrdə iqtisadi artım tempi 1,4 faiz azalacaq, inkişaf etməkdə olan ölkələr də isə əksinə, iqtisadi artım tempi 4,1 faiz yüksələcək.

Dünya Bankı ABŞ-ın iqtisadi artımının 1.8% -ə, Avrozonada isə 1% -ə qədər azalacağını proqnozlaşdırır. Çində, bazar 2020-ci ildə 5.9% -ə qədər "mülayim yavaşlamağa” davam edəcək.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}