Prezident İlham Əliyev neftin qiymətindən danışdı

 

Vahid Əhmədov: "2020-ci il üçün hökumətin götürdüyü proqnoz düzdür”

 "Düşünürəm ki, qiymətlərin bugünkü səviyyəsi həm istehsalçıları, həm də istehlakçıları qane edir. Azərbaycana gəldikdə, bu il bizim büdcəmizdə neftin bir barelinin qiyməti 55 dollar nəzərdə tutulub. Lakin indi qiymət xeyli yüksəkdir. Buna görə də düşünürəm ki, əgər hər hansı forsmajor vəziyyət yaranmasa, qiymət 55-65 dollar diapazonunda qalacaq”.

AzərTAc xəbər verir ki, bu fikirləri prezident İlham Əliyev Rusiyanın "Rossiya-24" telekanalının müxbirinin ”Yaxın Şərqdə müşahidə olunan gərginlik nəzərə alınmaqla bu il neftin qiymətinin hansı dinamikasını gözləmək olar" sualını cavablandırarkən deyib.

"OPEC+” formatının çox səmərəli olduğunu və Azərbaycanın bu formatın işində fəal iştirak etdiyini bildirən dövlət başçısı qeyd edib ki, biz öz üzərimizə götürdüyümüz öhdəliklərlə əlaqədar hasilatı azaldırıq və mahiyyət etibarilə bu gün OPEC-ə daxil olmayan ölkələr də özlərini OPEC üzvləri kimi aparırlar. Buna görə də "OPEC+” çoxtərəfli əməkdaşlığın olduqca uğurlu formatıdır və bizim fikrimizcə, mahiyyət etibarilə, bu gün neftin qiymətinin ədalətli olduğunu müəyyənləşdirib.

Vahid Əhmədov ile ilgili görsel sonucu

V çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov proqnozlarını bu cür bölüşdü: "Mən hələ keçən il demişdim ki, 2020-ci ildə neftin qiyməti 55-60 dollar səviyyəsində olacaq. İnanmıram ki, qiymətlər bundan aşağı düşsün. Neftin qiymətini hesablamaq ki, həmişə yüksək olacaq, bunu gözləmək lazım deyil. Çünki görürsünüz ki, Yaxın Şərqdə, İranda və digər yerlərdə çox ciddi hadisələr baş verir. Ümumiyyətlə, gedən bu müharibələrin özündə əsas olaraq neft və qaz ehtiyatları məsələləri dayanır. Hər bir hegemon dövlət istəyir ki, bunları öz öhdəsinə götürsün. Ona görə də bu problemlər var. Amma 2020-ci il üçün hökumətin götürdüyü proqnoz düzdür. Lakin buna arxayın olmaq lazım deyil. Çünki neftin qiymətində yüksəlmə də, enmə də baş verə bilər. Hadisələr dünyada çox ciddi sürətlə dəyişir. İlk növbədə, neft sektoruna xüsusi diqqət ayırmaq lazımdır. Bu sahəyə elə vəsait qoymaq lazımdır ki, oradan artıq gəlirlər gəlsin, artımlar olsun. Neft sahəsini biz inkişaf etdirməsək, gələcəkdə çox ciddi problemlərlə üzləşə bilərik. Yadıma gəlir ki, 2004-cü ildə Regionların İqtisadi İnkişafı Proqramı var idi. Onun icra edilməsi ilə bağlı 2008-ci ildə Gülüstan sarayında tədbir keçirilirdi. Cənab prezident hökumətin qarşısında iki məqsəd qoydu, Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsini və qeyri-neft  sektorunun inkişafını. Bu müddət ərzində müəyyən işlər görülüb. Amma bunu qənaətbəxş hesab etmirəm. Azərbaycan hökuməti, İqtisadiyyat Nazirliyi vaxtında bu işlərlə çox ciddi şəkildə məşğul olmalı idi. Baxmayaraq ki, kifayət qədər vəsait xərclənib, amma qeyri-neft sektorunu istədiyimiz səviyyəyə çatdıra bilməmişik. İndi də gec deyil. Bu sahədə ciddi işlər görməyə çox ehtiyac var. Cənab prezidentin OPEC+ təşkilatı barədə dedikləri ilə tam razıyam. Çünki OPEC+ işləməsəydi, neftin qiymətində ciddi problemlər ola bilərdi. Bu təşkilat kifayət qədər layiq bir təşkilatdır. Orada gedən danışıqlar, əldə olunan razılaşmalar neft ixrac edən ölkələr üçün çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan da orada iştirak edir və öz sözlərini deyir. Düşünürəm ki, OPEC+ təşkilatını əldən buraxmaq olmaz. O təşkilat inkişaf etdirilməlidir. Çünki neftin qiymətinin saxlanılmasında bu təşkilatın rolu çox böyükdür”.

Dünya neft bazarlarında "qara qızıl”ın qiyməti durmadan aşağı düşür. Çində yayılan koronavirusdan sonra hər keçən gün neftin qiymətində azalma müşahidə olunur. Dünya birjalarında "qara qızıl”ın qiyməti son 3 ayın minimum səviyyəsinə düşüb.

İqtisadçı ekspertlər bu prosesin nə vaxta qədər davam edəcəyi və neftin hansı qiymətə qədər enəcəyi barədə müxtəlif fikirlər səsləndirirlər. Hətta qiymətlərin 50 dollara qədər düşəcəyini proqnozlaşdıranlar da var.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin mart müqaviləsinin dəyəri 0,32% azalaraq 1 barelə görə 59,13 dollar təşkil edib.

"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında martda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,21% azalaraq 53,03 dollar təşkil edib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}