Bakıda 2019 -cu ildə ticarət dövriyyəsinin həcmi açıqlanıb

 

2019-cu ildə Bakıda ticarət dövriyyəsinin həcmi 2018-ci illə müqayisədə 4,2 faiz artaraq 22 milyard 222,8 milyon manat olub.

Trend-in məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki illə müqayisədə 0,8 faiz artaraq 10 milyard 539,0 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 7,7 faiz artaraq 11 milyard 683,8 milyon manata bərabər olub.

İstehlak məhsullarının 27,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,9 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,7 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}