“Mərkəzi Banka və Maliyyə Sabitliyi Şurasına etdiyim çağırışlar hələ də cavabsız qalıb” - QUBAD İBADOĞLU

“Mərkəzi Banka və Maliyyə Sabitliyi Şurasına etdiyim çağırışlar hələ də cavabsız qalıb”

 

"İqtisadiyyatı neftdən asılı olan qonşu ölkələrin - Rusiya, Qazaxıstan - dövlət başçıları neftin ucuzlaşan qiymətinin təsirlərini və fəsadlarını neytrallaşdırmaq üçün Mərkəzi Bankla, hökümətlə məsləhətləşmələr aparır, müvafiq planları və anti-böhran tədbirlərini müzakirə edir, aidiyyatı dövlət orqanları müntəzəm olaraq zəruri açıqlamalar verir. Mərkəzi Banka və Maliyyə Sabitliyi Şurasına dünəndən etdiyim çağırışlar isə hələ də cavabsız qalıb. Sozcu.info  xəbər verir ki, bu barədə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu deyib.

Q.İbadoğlu vurğulayıb ki, əgər hazırkı duruma məsuliyyətli şəxslər heç nə olmamış kimi həmişəki kimi susacaqlarsa, onda yaxın gələcəkdə ölkədə baş verəcək iqtisadi və sosial fəlakəti müşahidə etmək məcburiyyətində qalacaqlar: "Unutmayın ki, həmin situasiyada seçimi sizlər deyil, xalq edəcək”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}