OPEK+ nazirlərinin iyunun 6-da görüşəcəyi dəqiqləşdi – Komitə toplantıları 17-18-də baş tutacaq

 

OPEK və OPEK+ ölkələri nazirlərinin görüşünün iyunun 6-da keçirilməsinə dair məlumatlar təsdiqini tapıb. Sozcu.info  xəbər verir ki, Rusiya Energetika Nazirliyinin nümayəndəsi məlumatı TASS-a təsdiq edib: "Nazirlərin görüşü iyunun 6-da keçiriləcək, mən bunu təsdiqləyirəm”.

Əvvəlcə bu barədə danışıqlarda iştirak edən mənbə məlumat vermişdi. Onun sözlərinə görə, hər iki görüş əvvəlkilər kimi fərqli günlərdə deyil, eyni gündə keçiriləcək: OPEK nazirlərinin Vyana vaxtı ilə saat 2-də, OPEK+ nazirləri isə 4-də toplaşacaqlar. Hər iki görüşdə əsas müzakirələr hasilatın hazırkı azalma həcmini – 9,7 milyon bareli iyundan sonra saxlamaq məsələsi ilə bağlı olacaq. Bu məsələdə əsas hasilatçılar olan Rusiya və Səudiyyə Ərəbistanının artıq razılığa gəldikləri bildirilir.

Qeyd edək ki, OPEK+ nazirləri arasında görüşlə bağlı fikir ayrılıqları may ayında hasilatın azaldılması kvotasına əməl olunmasına dair rəqəmlər açıqlandıqdan sonra yaranmışdı. Məlum olub ki, Qazaxıstan, İraq və Nigeriya hasilatın azaldılması kvotasına əməl etməyiblər. Həmçinin Rusiyada da cüzi kənaraçıxma qeydə alınıb. Bu vəziyyət Səudiyyə Ərəbistanı və Rusiyanım qəzəbinə səbəb olub. Onlar əvvəlcə kvotalara tam əməl olunmasının təmin edilməsini, daha sonra nazirlərin görüşünün keçirilməsini tələb etdilər. Lakin sonradan bu iki əsas istehsalçı mövcud kvotanın ən azı 1 ay daha saxlanması barədə razılığa gəldilər və nazirlərin görüşünün keçirilməsini məqbul hesab etdilər. Lap əvvəldən 9-10 iyuna təyin olunan görüş onların təklifi ilə sabaha keçirilib. Buna həm də İraqın mayda azaltmadığı hasilat həcmlərini də iyunda azaldacağına dair öhdəlik götürməsi səbəb olub.

Onu da bildirək ki, OPEK+ texniki komitəsi və nazirlərdən ibarət monitorinq komitəsinin görüşləri 17-18 iyunda keçiriləcək. Buna qədər ölkələrin may ayında hasilatın azaldılması kvotalarına əməl olunması vəziyyətinə dair daha dəqiq məlumatlar əldə olunacaq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}