“Koronavirus dönəmi virusdan əvvəl başlanmış böyük dəyişiklikləri sürətləndirir” – ŞAHİN CƏFƏRLİ

“Koronavirus dönəmi virusdan əvvəl başlanmış böyük dəyişiklikləri sürətləndirir”

 

"Azərbaycan isə hər sahədə olduğu kimi, bu sahədə də geri qalır, ölkəmizə elektrik və hibrid mühərrikli avtomobillərin idxalının önündə böyük əngəllər var”

"Koronavirus dönəmi yeni dünya düzəni yaratmır, sadəcə olaraq, virusdan əvvəl başlanmış böyük dəyişiklikləri sürətləndirir”.Sozcu.info  xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.

O bildirib ki, bu dəyişikliklərin istiqamətlərindən biri də ənənəvi enerjinin təmiz – bərpa olunan enerji ilə əvəzlənməsi, bu çərçivədə avtomobil sənayesində daxili yanma mühərriklərinin elektrik və ya hibrid mühərriklərlə əvəzlənməsi prosesidir: "Almaniya hökuməti bu sahədə önəmli qərar qəbul edib. Bu ölkədə elektromobillərin satışını stimullaşdırmaq üçün subsidiyalaşdırma həyata keçirilirdi. Dövlət proqramı çərçivəsində elektromobil alıcıları üçün 3 min avro güzəşt tətbiq olunurdu. Bu yükün yarısını dövlət, yarısını istehsalçı öz üzərinə götürmüşdü”. Şahin Cəfərlinin sözlərinə görə, indi yeni qərarla dövlət öz üzərinə düşən payı iki dəfə artırıb: "Benzin və dizel avtomobilləri üçün dövlət dəstəyi isə ləğv edilib. Artıq elektromobili 9 min avro daha aşağı qiymətə əldə etmək mümkün olacaq. Daxili yanma mühərrikləri hələ bir müddət bazarda qalacaq, amma onların dövrü artıq bitir. Azərbaycan isə hər sahədə olduğu kimi, bu sahədə də geri qalır. Ölkəmizə elektrik və hibrid mühərrikli avtomobillərin idxalının önündə böyük əngəllər var, daxildə isə zəruri infrastruktur hələ qurulmayıb. Çirkli havanı udmağa, çirkli mühitdə yaşamağa davam”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}