Elman Rüstəmov:“Beynəlxalq Bank ətrafında baş verənlər manata təsir etməyəcək”

Elman Rüstəmov:“Beynəlxalq Bank ətrafında baş verənlər manata təsir etməyəcək”

 

"Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası planının baş tutub-tutmaması manatın məzənnəsinə təsir etməyəcək”.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmovbildirib.

"Bu prosesin manatın məzənnəsinə heç bir təsiri olmayacaq. Bildiyiniz kimi, ABB-nin xarici öhdəliklərinin restrukturizasiyası planı Maliyyə Sabitliyi Şurası tərəfindən qəbul olunmuş proqrama əsasən həyata keçirilən tədbirdir”, – deyə, o, qeyd edib.

Bankir əlavə edib ki, ilin sonunadək manatın məzənnəsi üçün heç bir risk yoxdur: "İlin sonunadək manatın ucuzlaşması risklərini görmürük".



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}