Ötən il dövlət büdcəsi gizli iqtisadiyyatdan 16 milyard manat itirib - Ekspert

Ötən il dövlət büdcəsi gizli iqtisadiyyatdan 16 milyard manat itirib - Ekspert

 

"Gizli iqtisadiyyat üzrə "dünya çempionatı" göstərir ki, Azərbaycan liderdir. 2016-cı ildə gizli iqtisadiyyatın həcmi istehsal olunmuş ÜDM-in 67 faizini təşkil edib. 2016-cı ildə ÜDM real ifadədə 3.8% azalmış və cari qiymətlərlə 60 milyard manat olub". 

Sozcu.info  xəbər verir ki, bu fikirləri iqtisadçı alim, ADR Hərəkatının lideri Qubad İbadoğlu irəli sürüb. O qeyd edib ki, belə olanda da ötən il gizli iqtisadiyyatın həcmi 40 milyard 200 milyon manat (60 milyard AZN x 67 %) olub: 

"Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə göstərilir ki, cəmi vergi ödənişləri dərəcəsi Azərbaycanda 39,8 faiz təşkil edir. Deməli, ötən il dövlət büdcəsindən 16 milyard manat (40,2 milyard AZN x 39,8 %) vəsait yayındırılıb. Əgər gizli iqtisadiyyat tam leqallaşdırılsaydı və qeyri-formal dövriyyədən bütün vergilər tutulsaydı, onda hazırkı büdcənin gəlirlərini 2 dəfədən çox artırmaq olardı. Nəzərə almaq lazımdır ki, gizli iqtisadiyyatın leqallaşdırılmasından qazanan yalnız büdcə deyil, həm də pensiya fondu olur. Bu halda da sosial ödəmələrin artması hesabına pensiyaların orta məbləğini 2 dəfəyədək artırmaq olardı".


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}