Azərbaycana gələn il 8,4 milyard manat xarici sərmayə qoyuluşu proqnozlaşdırılır

Azərbaycana  gələn il 8,4 milyard  manat xarici sərmayə qoyuluşu proqnozlaşdırılır

 

Azərbaycanda 2018-ci ildə əsas kapitala 15 912,5 mln. manat investisiya qoyuluşu proqnozlaşdırılır. Proqnoza əsasən, nominal olaraq növbəti ildə investisiya qoyuluşunda 1,2% artım olsa da, real artım tempi mənfi (-2,5%) olacaq.

"Report” bu barədə İqtisadiyyat Nazirliyinin 2018-ci il və sonrakı 3 il üzrə hazırlanmış iqtisadi proqnoz göstəricilərinə istinadən xəbər verir. İnvestisiyaların 8 198,9 mln. manatı və ya 51,5%-i daxili, 7 713,6 mln. manatı və ya 48,5%-i xarici investisiyalar üzrə nəzərdə tutulub. Daxili investisiyalarda real artım tempi 10,0%, xarici investisiyalarda -13,5% proqnozlaşdırılır. 2018-ci ildə investisyaların 6 425,9 mln. manatının neft-qaz sektorunun payına düşəcəyi gözlənilir. Qeyd edək ki, 2017-ci il üçün bu göstərici 7 391,0 mln. manat səviyyəsində nəzərədə tutulub.

İnvestisiyaların 6 803,6 mln. manatı dövlət, 9 108,9 mln. manatı qeyri-dövlət sektoru üzrə reallaşacaq.

Ölkə iqtisadiyyatına cəmi investisiyaların 2019-2021-ci illərdə müvafiq olaraq 16 237,7 mln. manat, 15 062,0 mln. manat və 14 426,4 mln. manat olacağı proznozlaşdırılır. Real artım tempinin 2019-cu ildə -0,8%, 2020-ci ildə -9,0% və 2021-ci ildə -6,0% olacağı gözlənilir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}