NATO-nun mobil təlim qrupu Bakıda Azərbaycan hərbçilərinə seminar keçir

 

Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2018-ci il üçün fərdi tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Bakıda Şimali Atlantika Alyansının Ramştayn Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupu tərəfindən seminar keçirilir.

Sozcu/info Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, seminarda NATO nümayəndə heyəti tərəfindən iştirakçılara hava əməliyyatlarının aparılması, hava nəqliyyatı əməliyyatlarının planlaşdırılması və icrası, eləcə də müharibə zonasında axtarış-xilasetmə əməliyyatlarının keçirilməsi və digər mövzularda brifinqlər təqdim olunur.

Tədbirdə müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edirlər.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}