Ekspert: "Dollardan imtina siyasi səbəbdir"

Ekspert: "Dollardan imtina siyasi səbəbdir"

 

İran Mərkəzi Bankı ticarət əməliyyatlarında ABŞ dolları ilə idxal sövdələşmələrini qadağan edib.

Sozcu.info  oxu.az-a istinadən bildirir ki, Mərkəzi Bank Sənaye, Mədən və Ticarət Nazirliyinə göndərilən təlimatda idxalçıların dollar əvəzində başqa valyutalardan istifadə etmələri irəli sürülüb.

Bildirilib ki, maliyyə əməliyyatları dollarla aparılacağı təqdirdə, ölkənin gömrük orqanları bəyannaməni və ya malların idxalı üçün sifarişləri rəmiləşdirməkdən imtina edəcək.

İran Mərkəzi Bankına görə, beynəlxalq sövdələşmələrdə hər hansı pozuntular yaranmayacaq, belə ki, xarici ticarət əməliyyatları üçün başlıca olaraq dollardan istifadə olunur.

Qeyd edək ki, dollara qarşı son məhdudlaşdırıcı ölçünün rialın məzənnəsinin aşağı düşməyə davam etməsi ilə əlaqədar olduğu deyilir. Belə ki, ilin əvvəlindən İran valyutası 8 faiz ucuzlaşıb. Yerli media isə bu qərarı ABŞ-ın hələ də İran banklarlarına qadağa tətbiq etməsi ilə əsaslandırır.

Nəzərə çatdıraq ki, İran Mərkəzi Bankının addımından sonra idxalçılar dolları valyuta şirkətlərindən almağa başlayıblar.

 

İqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, bu qərar İranın valyuta bazarında stabillik yaratmayacaq:

"Baxmayaraq, İran idxal məhsullarına olan tələbi müəyyən qədər azaldıb. Belə ki, İran ərzaq məhsullarının idxalını minimuma endirsə də, qeyri-ərzaq məhsullarında, xüssusilə texnalogiya məhsullarnıda idxaldan asılıdır. Texnalogiya məhsulları inkişaf etmiş ölkələrdə istehsal edilir. İranın idxal əməliyyatlarında dollardan imtina etməsi ticarət apardığı ölkələrə oz valyutası ilə ödəniş edəcəyi anlamına gəlmir. Bu zaman ya dönərli valytutadan- dollardan, ya da avrodan istifadə etməlidir".

İqtisadçının sözlərinə görə, bütün hallarda İranda dollara tələb azalmayacaq:

"İranın bu qərarının valyuta bazarına təsir edəcəyi gözlənilmir. Rialın məzənnəsində ciddi artımlar olmayacaq. Düzdür, müəyyən müddət ərzində psixoloji təsir edəcək. Lakin qərarın heç bir iqtisadi təsiri yoxdur. Mövcud xarici ticarət əlaqələrini, yığımları, qlobal valyuta bazarını nəzərə alsaq dollardan imtina İran kimi ölkələr üçün çətindir. Həm yığımlarda, həm də idxal əməliyyatlarında dollara tələb yüksək olaraq qalacaq. Bu siyasi səbəbdir, iqtisadi baxımdan ciddi dividentlər gətirməyəcək".

V.Bayramovun fikrincə, ticarət əməliyyatlarında avrodan istifadə, valyuta mübadiləsinə görə idxalçılarının xərclərini əhəmiyyətli dərəcədə artıracaq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}