İpoteka ilə bağlı sığorta tariflərin aşağı salınması üçün təkliflər hazırlanıb

İpoteka ilə bağlı sığorta tariflərin aşağı salınması üçün təkliflər hazırlanıb

 

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə İpoteka kreditlərinin mövcud durumunun müzakirəsi məqsədilə görüş keçirilib.

ASA-dan Sozcu.info-a verilən məlumata görə, görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli və həyat sığorta şirkətlərinin rəhbər və sahə üzrə əlaqədar şəxsləri iştirak edib.

İpoteka Fondu tərəfindən ipoteka qoyulmuş əmlakın və ipoteka qoyan şəxsin həyat sığortası üzrə tariflər görüşün əsas müzakirə mövzusu olub. Bildirilib ki, bu sığorta predmetləri üzrə tariflərin yüksək olması səbəbindən sığorta haqlarının ipoteka kreditlərinin yekun məbləğini daha da artırması ilə nəticələnir. Bununla əlaqədar, "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilən tələbin dəyişdirilməsi üzrə təkliflər və nəticələr ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün yekununda mövzu ilə bağlı irəli sürülən təkliflərin daha ətraflı müzakirəsi üçün İpoteka və Kredit Zəmanət Fondu ilə görüşün keçirilməsi qərara alınıb.

Xatırladaq ki, 15 aprel 2005-ci ildə qəbul edilmiş "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 27.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsində nəzərdə tutulduqda, ipoteka qoyan ipoteka qoyulmuş əşyanı məhv olma və zədələnmə risklərindən ipoteka müqaviləsi bağlanan zaman əşyanın mövcud olan bazar qiymətini əsas götürərək tam dəyəri məbləğində, ipoteka qoyan fiziki şəxs olduqda isə həmçinin, öz həyatını və əmək qabiliyyətinin itirilməsi riskini ipoteka ilə təmin edilən tələbin ölçüsündən az olmamaq şərtilə sığorta etdirməli olduğu tələbi müəyyən olunub.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}