Nazir müavini:"Daha səmərəli vergi nəzarəti mexanizmlərinin tətbiqi üzərində iş gedir"

 

"Artıq 3 aydır ki, Vergilər Nazirliyi yoxlamaları müvəqqəti dayandırıb, hazırda daha səmərəli vergi nəzarəti mexanizmlərinin tətbiqi üzərində iş gedir" 

"Report”un verdiyi xəbərə görə, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov məlumat verib.

"Vergilər Nazirliyinin məqsədi yoxlama aparmaq deyil, nəzarət sistemində yeni yanaşmaların tətbiqi, vergi yoxlamalarının keyfiyyətinin və səmərəliliyinin artırılmasıdır. Qarşıdakı dövrdə yoxlamaların sayı daha da azaldılacaq, amma bu o demək deyil ki, vergi nəzarəti olmayacaq.”- deyə nazir müavini qeyd edib.

Vergi ödəyicilərinin karqo ilə bağlı üzləşdirkləri problemlərə də aydınlıq gətirən S.Ələkbərov idxalla məşğul olan bəzi karqo şirkətlərinin fəaliyyətində pozuntuların olduğunu istisna etməyib. O, bildirib ki, vergi və gömrük sənədlərinin düzgün tərtib etməyən karqo şirkətləri tərəfindən gömrük orqanına təqdim olunana sənədlərdə uyğunsuzluqlar mövcuddur, bəzi hallarda saxta qaimələr təqdim edilir ki, bu da vergidən yayınmalara şərait yaradır.

"Ona görə də şəffaflığın təmin olunması məqsədilə bu sahədə yeni innovativ alətlərin tətbiqi üzərində iş aparılır” – deyə nazir müavini qeyd edib. 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}