Hesablama Palatası Əhmədzadənin idarələrini araşdırır

 


 

Abşeron Suvarma Sistemlər İdarəsi Əlişah Nəbizadənin direktoru olduğu "Qlobal Servis-N” MMC-i ilə mexaniki və elektrik avadanlıqlarının, təzyiqli boru xətlərinin, beton kanallarının, hidrotexniki qurğuların, istismar yollarının

cari təmiri üçün mal-materialların və avadanlıqların satın alınması ilə bağlı 265 min manatlıq maliyyə əməliyyatı aparıb

Prezident İlham Əliyevin büdcə vəsaitlərindən istifadəyə nəzarətinin artırılması ilə bağlı  göstərişindən sonra Hesablama Palatası fəaliyyətini daha da gücləndirib. Hökumətə yaxın mənbə bildirib ki, Hesablama Palatası büdcə vəsaitlərindən istifadə ilə əlaqədar daha çox diqqət yetirəcəyi qurumların siyahısının başında  "Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti durur. Hesablama Palatasının artıq bu istiqamətdə addımlar atmağa başlaması və  Dövlət büdcəsindən subartezian quyularının layihələndirilməsi və tikintisi üçün "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə ayrılan vəsaitlərin istifadəsilə bağlı audit aparması da yuxarıda deyilənləri təsdiq edir.

Hökumət dəhlizlərində gəzən söz-söhbətə görə, Hesablama Palatası 2018-ci il ərzində  yerli qurumların bəzilərinin maliyyə fəaliyyətini yoxlayacaq. Hələlik Hesablama Palatasının hansı Meliorasiya və Su Təsərrüfatı ASC-nin hansı təşkilatlarında audit aparacağı tam bəlli olmasa da, iddia olunur ki, əsasən suvarma sistemləri idarəsinin fəaliyyətinin yoxlanılacağı qətiləşib. Çünki  bundan əvvəl Meliorasiya və Su Təsərrüfatı ASC-nin strukturuna daxil olan subartezian quyularının istismarı və mexaniki suvarma idarələrinin fəaliyyəti yoxlanılacaq. Ona görə də növbəti auditin hədəfinin suvarma sistemləri idarəsi olması tam məntiqə uyğundur. Məlumatlı mənbə iddia edir ki, Hesablama Palatasının növbəti auditinin hədəfinin Meliorasiya və Su Təsərrüfatı ASC-nin strukturuna daxl olan Abşeron Suvarma Sistemləri İdarəsi, Göyçay Suvarma Sistemləri İdarəsi və Ucar Meliorasiya İdarəsi ola bilər. Mənbə bildirir ki, buna səbəb bu üç idarənin eyni bir özəl şirkətlə apardığı maliyyə əməliyyatları ola bilər. İddiaya görə, Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli idarələrindən olan Abşeron Suvarma Sistemləri İdarəsi, Göyçay Suvarma Sistemləri İdarəsi və Ucar Meliorasiya İdarəsi Əlişah Zal oğlu Nəbizadənin direktoru olduğu, hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsi, ev-20, mənzil 3-də yerləşən "Qlobal Servis-N” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə apardıqları maliyyə əməliyyatlarının auditi aparılacaq.

Məlumata görə, Yusif Ələsgərovun rəis olduğu Abşeron Suvarma Sistemlər İdarəsi Əlişah Nəbizadənin direktoru olduğu "Qlobal Servis-N” MMC-i ilə mexaniki və elektrik avadanlıqlarının, təzyiqli boru xətlərinin, beton kanallarının, hidrotexniki qurğuların, istismar yollarının cari təmiri üçün mal-materialların və avadanlıqların satın alınması ilə bağlı 265 min manatlıq maliyyə əməliyyatı aparıb.

Şakir Əhmədovun rəis olduğu Göyçay Suvarma Sistemləri İdarəsi isə "Qlobal Servis-N” MMC-dən 145 min manatlıq adı dəqiq məlum olmayan mal-materiallar alıb.

İlyas Ağayevin rəis olduğu Ucar Meliorasiya İdarəsi iə "Qlobal Servis-N” MMC-dən 140 min manatlıq maşın-mexanizmlər və nəqliyyat vasitələri üçün ehtiyyat hissəslərin satın alıb.

Mənbə bildirir ki, Hesablama Palatasının əməkdaşlarının diqqətini eyni bir MMC-nin maşın-mexanizmlər və nəqliyyat vasitələri üçün ehtiyyat hissələri, mexaniki və elektrik avadanlıqları, təzyiqli boru xətləri, beton kanalları, hidrotexniki qurğuları, istismar yollarının cari təmiri üçün mal-materialllar və avadanlıqlar kimi tamamilə fərqli profilli mal və material satmasıdır. Mənbə bildirir ki, Hesablama Palatası bu məsələləri araşdırsa, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbər şəxslərinin adı keçən qalmaqal yaranmaması istisna deyil.

Mövzu ilə Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbər şəxslərinin mövzu ilə bağlı deyəcək sözləri varsa, onları da dinləməyə hazırıq.

Azad AYDIN

"Yeni Sözçü"qəzeti

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}