Gömrük rüsumu ilə bağlı fərmanın elektron ticarətə dəxli yoxdur - AÇIQLAMA

Gömrük rüsumu ilə bağlı fərmanın elektron ticarətə dəxli yoxdur - AÇIQLAMAKiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün müxtəlif qanun layihələri hazırlanır, sərəncamlar, fərmanlar imzalanır. Prezident İlham Əliyevin dünən imzaladığı fərmana görə ölkəyə 10 min manata qədər gətirilən mallar gömrük rüsumundan azad ediləcək. Bu, internet vasitəsilə sifariş edilən məhsullara da aid ediləcəkmi?

Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov Modern.az-a açıqlamasında bildirib ki, internet vasitəsilə sifarişlər başqa qanunla tənzimləndiyi üçün prezidentin sərəncamının bununla bağlılığı yoxdur:

“Bu güzəştin elektron ticarətə heç bir dəxli yoxdur. Onlar mövcud qanunvericiliyə uyğun olaraq yalnız 1000 manat dəyərində məhsul sifarişi heç bir rüsum ödəmədən əldə edə bilərlər. Həmin məbləğdən yuxarı olduqda isə buna görə gömrük rüsumu tutulacaq”.

Beləliklə, prezidentin imzaladığı fərmanın elektron ticarətə dəxli yoxdur və bundan gömrükdən xarici ölkələrdən mal alıb gətirən biznesmenlər, sahibkarlar yararlana biləcəklər.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}