“Azərbaycanda dövlət investisiyaları digər sektorlarda olan zəifliyi kompensasiya edir” –BVF

“Azərbaycanda dövlət investisiyaları digər sektorlarda olan zəifliyi kompensasiya edir” –BVF

 

"Qafqaz və Mərkəzi Asiyada iqtisadi artım 2017-ci ildəki gözləntiləri üstələyib. 
Orta müddətli perspektivdə bu regionda iqtisadi artım sabitləşəcək”.

"APA-Economics” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) "Qafqaz və Mərkəzi Asiya üzrə regional iqtisadi proqnoz” adlı hesabatında deyilir.

Hesabatda qeyd olunub ki, 2017-ci ildə neft qiymətlərinin kəskin yüksəlməsi nəticəsində Qafqaz və Mərkəzi Asiyanın neft ixracatçısı ölkələrindən Azərbaycan və Qazaxıstanda iqtisadi artım 4% təşkil edib. "Azərbaycanda yüksək dövlət investisiyaları digər sektorlarda olan zəifliyi kompensasiya edərək artıma töhfə verib,” – deyə hesabatda bildirilir.

Hesabat müəllifləri qeyd edir ki, neft ixrac edən ölkələrin fiskal mövqeyi də yaxşılaşıb: "Kapital xərcləri ilə bağlı əsaslı artım planları Azərbaycanda iqtisadiyyatın absorbasiya qabiliyyətini yüksəldə bilər. Hazırda ölkədə fiskal qaydalar işlənib hazırlanır”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}