""Neftçi"nin təklifindən imtina etdik" - Rumıniyalı baş məşqçi

""Neftçi"nin təklifindən imtina etdik" - Rumıniyalı baş məşqçi

 

Rumıniyalı baş məşqçi Marius Şumuditsa "Neftçi" klubunun təklifindən imtina edib.

Sozcu.info report-a istinadən xəbər verir ki, bu barədə 47 yaşlı mütəxəssisin özü "Sport Total FM"ə müsahibəsində bildirib. O, hazırda Türkiyənin iki klubu ilə danışıqlar apardığını və üstünlüyü Super Liqaya verəcəyini söyləyib.

Şumuditsa danışıqlarının maddi baxımdan sərfəli olmayacağı təqdirdə gözləyəcəyini bildirib: "Maliyyə cəhətdən komfortam. Buna görə də təklifləri gözləyəcəyəm. Azərbaycandan "Neftçi"nin təklifindən imtina etdik. Fars körfəzi variantı da var. Rumıniyaya isə yalnız ən yaxşı komandaya qayıdacağam. ÇFR-ə qayıtmağa qalsaydı, bunu edərdim".

Şumuditsanın son klubu Türkiyə "Kayserispor"u olub. O, mayın 15-də istefaya göndərildiyi komandada aylıq maaşının 15 - 20 min avro, futbolçuların illik müqavilələrinin 600 min - 1,5 milyon avro, klubun büdcəsinin isə 12 milyon avro təşkil etdiyini də açıqlayıb.

Qeyd edək ki, "Kayserispor" 2017-2018 mövsümünü 44 xalla 4-cü pillədə başa vurub.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}