ABŞ neft istehsalında Rusiyanı geridə qoydu - 16 İL SONRA İLK DƏFƏ MOSKVA ÜÇÜNCÜ OLDU

ABŞ neft istehsalında Rusiyanı geridə qoydu - 16 İL SONRA İLK DƏFƏ MOSKVA ÜÇÜNCÜ OLDU

Sozcu.info  xəbər verir ki, ABŞ və Səudiyyə Ərəbistanı bu ilin iyun ayında neft istehsalının həcminə görə Rusiyanı arxada qoyublar. "Neft statistikası üzrə birgə təşəbbüs” (JODI) təşkilatının məlumatına görə, Rusiya 2002-ci ildən bəri ilk dəfə neft istehsalı üzrə dünyada üçüncü pilləyə düşüb.

Statistikaya görə iyun ayında ABŞ istehsal həcmini 4,4% artıraraq, sutkada orta hesabla 10,9 miyon barrel neft istehsal edib. Səudiyyə Ərəbistanı üzrə bu rəqəm 10,489 milyon barrelə (4,6% artım), Rusiyada isə 10, 487 milyon barrelə (1,4% artım) bərabər olub.

İyul ayının ortasında bəlli oldu ki, ABŞ fövqəladə addım olaraq, 1973-cü ildəki eneji böhranından sonra yaradılmış strateji neft ehtiyatlarının bazara çıxarılması imkanını nəzərdən keçirir. Bununla da Vaşinqton, Konqresə seçkilər astanasında neft ilə benzinin ucuzlaşdırılmasına nail olmaq ümidindədir.

İyunun 23-də OPEK+ razılaşmasının iştirakçısı olan ölkələr qərara almışdılar ki, neft istehsalı həcmini sutkada bir milyon barrel artırsınlar. Bunun səbəbi Venesueladakı neft istehsalının azalması və İrandan neft alınması üçün gələcəkdə sanksiyalar tətbiq edilməsi planı olub.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}