Pambığın alış qiymətinin artırılması nə vəd edir? - EKSPERT ŞƏRHİ

Pambığın alış qiymətinin artırılması nə vəd edir? - EKSPERT ŞƏRHİ

 

Vahid Məhərrəmov: 5 qəpik artım pambıq əkini üçün fermerlərə, kəndlilərə stimul verməyəcək, onları aldadırlar”

"Azərbaycanın Rusiya ilə yaxınlaşması bizim qul kimi işləməyimizə gətirib çıxarıb... Rusiyanın marağı ondan ibarətdir ki, Azərbyacan xammal istehsal etsin, ucuz qiymətə Rusiya alsın”

"Azərbaycanda pambığın alış qiyməti hər ton üçün 50 manat artırılıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilir ki, pambıq əkən fermerlərin məhsul istehsalına, yığımına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətləri hər ton üçün 50 manat artırılaraq 2018-ci ilin məhsulu üçün aşağıdakı kimi müəyyənləşdirilməsi barədə razılıq əldə edilib.

1-ci növ

600-dən 650 manata

2-ci növ

580-dən 630 manata

3-cü növ

540-dan 590 manata

4-cü növ

500-dən 550 manata

Məlumatda o da qeyd olunur ki, pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması pambıq istehsalı ilə məşğul olan fermerlərə əlavə 12 milyon manatdan çox qazanc verə bilər.

"Hər kq üçün 5 qəpik qimət artımı kəndlilərə, fermerlərə heç nə vermir”

Картинки по запросу Vahid Məhərrəmov

Pambığın alış qiymətinin artması ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov"Hürriyyət”ə dedi ki, Azərbyacan Sovet dönəmində pambığa daha çox fikir verirdi: "Bir də son 3 ildir hakimiyyət çalışır ki, bu sahədən gəlir əldə etsin. Demək olar, bizim hökumət bu gün pampbıqçılıqla bağlı real vəziyyəti dərindən öyrənə bilmir. İranda 1 kq pampığı 90 sentə qəbul edirlər. Türkiyədə də elədir. Digər ölkələrdə də fermerlərdən, kəndlilərdən pambığın alış qiyməti yüksəkdir. Hər kq üçün 5 qəpik qimət artımı kəndlilərə, fermerlərə heç nə vermir. Keçən il hesablama aparmışdıq, kəndlilər, fermerlər 10 milyon dollardan çox zərərə məruz qalmışdılar. Axı, bunlar nəinki zərərə məruz qalmalıdır, əkisinə daha çox gəlir əldə etməlidirlər ki, aqrotexniki qaydalara tam əməl edə bilsinlər və öz sosial problemlərini həll edə bilsinlər. Lakin bütün ümidlərini pampıqdan gələn gəlirə bağlayan kəndli və fermerlər ilin sonunda ziyana məruz qalırlar. Bir paradoks da ondadır ki, qiymət artımını Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyi etməməlidir. Azərbaycanda bazar iqtisadiyyatıdır. Kəndlinin, fermerin aldığı istehsal vasitələrinin qiyməti baha olur. Orada nazirlər ortada deyil, qiymətə müdaxilə etmirlər. Ancaq burada kəndli və fermerlərin istehsal etdiyi məhsula qiyməti onlar müəyyən edirlər. Belə olmalı deyil. Qiymət azad olmalıdır. Tələbat nə qədərdir, ona uyğun bazarda qiymət müəyyənləşir. Əgər fermr, kəndli daxili bazarda öz məhsulunun satışını reallaşdıra bilmirsə, onda özü ixrac edə bilir. Digər ölkələrin pambıq emalı ilə məşğul olan sahibkarları ilə müqavilə bağlayıb, həmin ölkələrə göndərə bilir. Yəni bu oyun aşkar ona hədəflənib ki, fermerlərin, kəndlilərin hesabına bir qrup oliqarx varlansın, daha çox gəlir əldə etsin. 5-10 qəpiklə, lap 20 qəpiklə heç nəyə nail olunmayacaq. Bu il biz də rayonları gəzmişik. Əksər yerlərdə məhsuldarlıq çox aşağıdır. Pambığın boyu 5,10, 15 sm olan çoxlu sahələr var. Yəni 5 qəpik artım pambıq əkini üçün fermerlərə, kəndlilərə stimul verməyəcək, onları aldadırlar”.

"Təsəvvür edin, bizim bu acgöz oliqarxlar, məmurlar nə qədər bu sahədən gəlir əldə edirlər”

"Qeyd etdiyim kimi, Türkiyədə, İranda pambıq 90 sentdir, yəni 1.45-1.50 manatdır. Bizdə də 1.50 qəpiyə alsalar, bu sahə inkişaf edəcək. 60-65 qəpik normal qiymət deyil. Real qiymət var. Bu gün dünya bazarında pambığın bir kiloqramının alış qiyməti 1 dollar 80 sentə yaxındır. Təsəvvür edin, bizim bu acgöz oliqarxlar, məmurlar nə qədər bu sahədən gəlir əldə edirlər. Yazıq kəndçi ilboyu zülüm, əzab çəkir, əllərində toxa ala vururlar, zərərvericilərə qarşı münarizə aparırlar. Bəzi halda hətta zərərlənmə hallarını gördük. Amma ilin sonunda qazancı olmur, ziyana məruz qalır”,-deyə ekspert təəssüf etdi.

"İki yüksək vəzifəli məmur emal və ixracla məşğuldur”

V. Məhərrəmovun fikrincə, pampığın qiymətini ona görə inzibati qayda ilə tənzimləyirlər ki, pambığın emalı və ixracı 2 yüksək vəzifəli dövlət məmurunun əlindədir: "Hətta onların adını belə çəkmək sizin qəzet üçün təhlükəlidir. Onların kim oluğunu hamı bilir. Onların adını desəm, gərək, mən onları sübut edəm, o da uzun bir prosesdir. Onlarla çəkişməyə vaxtım yoxdur. İki yüksək vəzifəli məmur emal və ixracla məşğuldur və inzibai qayda ilə qiyməti tənzimlənməsi onların sifarişi ilə həyata keçirilir. İqtisadiyyat və kənd təsərüfatı naziri də məhz o şəxslərin göstərişini həyata keçirir. Onlar başa düşürlər ki, son zamanlar pambıqla bağlı ölkədə ciddi problemlər yaranır. Yəni artıq bu sahə qul əməyinə çevriib. Təsəvvür edin ki, Amerikada bir nəfər də olsun pambıq yığmır, maşın yığır. Əksər ölkələrdə də indi artıq pambıq maşınla yığılır. Yalnız Orta Asiya və Azərbaycan kimi ölkələrdə uşaq əməyindən, büdcə təşkilatlarında çalışan işçilərin ucuz əməyindən istifadə edib, pambığı əl ilə yığırlar. Yəni Azərbaycanda bu sahə ilə məşğul olan fermer, sahibkar müstəqil olaraq ona yuxarıdan göstəriş olmadan pamıq əkmir. Halbuki, fermerlər, kəndlilər özləri istehsalla məşğul olmalıdır. Birləşib, emal müəssisəsində emal etməlidirlər. O müəssisəni tikə də, ala da bilərlər. Özləri də pambığın ixracı və yaxud parça, yağ istehsalı ilə məşğul ola bilərlər”.

"Bələdiyyə sədri deyir ki, pambıq əkməsən torpağın əlindən alınacaq”

"Ötən il kəndlilər və fermerlər 10 milyon dollardan çox zərərə məruz qalıblarsa, bəs, niyə əkirlər” sualına ekspert belə cavab verdi: "Kəndlilərə, fermerlərə yerli icra nümayəndəsi göstəriş verir və deyir ki, torpağını istəyirsən əlindən almasınlar, get, pambıq ək. Bələdiyyə sədri deyir ki, pambıq əkməsən torpağın əlindən alınacaq. Yəni təzyiq edirlər. Elə adam var, qorxmur. Deyir "mən istədiyim məhsulun istehsalı il məşğul olacam, mənə pambıq sərf etmir”. Anca əksəriyyəti də əkir. Bilirsiniz elə adamlar var ki, onların müəyən problemləri var, ondan da yerli icra, bələdiyyə və polis orqanları istifadə edir. Bu, yuxarıdan verilən göstərişdir. Kiməsə pambıq ixracından pul lazımdır, onlar da göstəriş verir. Göstəriş Prezident Apatının İnzibati İdarəetmə şöbəsinin müdiri tərəfindən verilir. (red-adını xatırlamağa çalışır, xatırlaya bilmir) Həmişə də pambıqla bağlı müşavirələrdə o, iştirak edir. Baxmayaraq ki, o, mütəxəssis deyil. Ümumiyyətlə, bu sahə ilə hər hansı bir əlaqəsi olmayıb. Son 3 ildə məhz ona tapşırılır. Onun göstərişi ilə bu işlər həyata keçirilir. İcra başçılarına tapşırıq verir. İcra başçıları icra nümayəndələrinə, bələdiyyə sədrlərinə, məktəb direktorlarına, həkimlərə tapşırıq verirlər ki, onlar əkin işi ilə məşğul olsunlar. Hətta sizə deyim ki, aran rayonun bir polis rəisi keçən il 60 min manat zərərə məruz qalıb. Ona da tapşırmışdılar ki, əkinlə məşğul ol. O da bizim orada bir tanış jurnalist var, ona dərdini demişdi ki, "mən ilişdim, 60 min manat ziyana məruz qaldım””.

"Rusiyaya xammal lazımdır”

"Məcburi qaydada pambıq sahələrinin əkilməsi çox maraqlıdır. Bu ancaq oliqarxların varlanması ilə bağlıdır” sualını isə V. Məhərrəmov belə cavablandırdı: "Birincisi, Rusiyaya xammal lazımdır. Sovet donəmində olduğu kimi, yenidən Azərbaycanın Rusiya ilə yaxınlaşması yenə bizim qul kimi işləməyimizə gətirib çıxarıb. Ikincisi də Rusiyaya ixrac edən məmura daha çox pul lazımdır. Bax, səbəblər budur. Azərbaycanın ən çox pambıq ixrac etdiyi ölkə Rusiya, ondan sonra, Türkiyədir. Bundan əvvəlki nazirin vaxtında ruslar dedilər ki, bizə imkan verin, Azərbaycanda əkin işi ilə məşğul olaq. Biz onun qarşısını dərhal aldıq. Sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində çıxışlar etdik ki, bu, nədir Rusiyanın torpağı çatmır? Rusiyanın 40 milyon hektar boş əkin əraziləri var, ondan istifadə etsinlər. Rusiyanın marağı ondan ibarətdir ki, Azərbyacan xammal istehsal etsin, ucuz qiymətə Rusiya alsın. Onu da deyim ki, bu gün dünya bazarında pambığın qiyməti 1 dollar 80 sentidrsə, Azərbaycan Rusiyaya ixrac etdiyi pambığın dəyəri 1 dollar 30-1 dollar 50 sent arasıdır. Yəni Azərbaycan ucuz satır. Dediyim kimi, bu, bir tərəfdən Rusiya ilə əlaqəlidir. Yoxsa pambıq kimə lazımdır? Azərbaycan özünün ətə olan tələbatının 38, südə olan tələbatının isə 55 faizini ödəyir. Digər məhsullar da elə. Biz artıq buğda ehtiyacımızı Rusiyanın hesabına ödəyirik. Bəs, gələcəkdə nə olacaq? Bu pambıqdan biz yaxşı məhsul istehsal edib, baha sata bilmirik. Bu gün dünya bazarında pamıq istehsal edib, ondan yüksək kefiyyətli parça əldə edib, paltar tikən Amerikadır. Ondan sonra, Türkiyə gəlir. Çin də ucuz məhsul istehsal edib, satır. Yəni bu ölkələrdə istehsal da, emal da yüksək səviyyədə təşkil olunub. Amma Azərbayacanda bu, yoxdur. Azərbaycan naskı belə istehsal etmir. Əgər belədirsə, niyə biz ərzaq məhsullarımıza olan tələbatın üzərində düşünməyək?! Əgər pambıqla ciddi məşğul olumursa, onda digər sahələrə ciddi fikir vermək lazımdır. Yox, əgər bunların məqsədi pambıq istehsalını artırmaqdırsa, onda onun emalı, yəni gəlir gətirən hissəsi ilə məşğul olmaq lazımdır. Pambığın istehsalı elə də gəlirli deyil, onun emalı və ondan əldə olunan məhsullar gəlirlidir”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}